AMB və “Mastercard” Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsinə dair tədbirlərə başlayıb
Tarix: 08.06.2018 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasıdır.

Bu tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsinə, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Növbəti belə bir tədbir qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında (Naxçıvan MR) rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədi ilə istehlakçılar və təsərrüfat subyektləri üçün stimullaşdırıcı kampaniyaların təşkil edilməsidir.

Naxçıvan MR-nın maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək son illər ərzində Muxtar Respublika rəhbərliyinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verdi. Onun sözlərinə görə artıq bir neçə ildir ki, Naxçıvan MR-da təsdiq edilmiş proqrama əsasən əhali arasında nağdsız ödənişlərin artırılmasına dövlət orqanları tərəfindən geniş dəstək göstərilir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verdi. Qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətindlə ötən il ərzində həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barəsində danışdı. Onun sözlərinə görə “Nağdsız Azərbaycan” layihəsi bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini özündə ehtiva edir və layihənin yekunu kimi hazırlanmış “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə görüləcək işləri özündə birləşdirir.

A. Quliyev tərəfindən strateji yol xəritəsi ilə verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də məlumat verildi. Sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilinməsinə nail olunacaqdır. A. Quliyev rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində planlaşdırılan ölkəmiqyaslı təbliğat və təşviqat tədbirləri bərədə də məlumatı diqqətə çatdırdı.

Sonra “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Naxçıvan MR-da bu kampaniyanı həyata keçirməkdən fəxr etdiklərini vurğuladı. O, eyni zamanda, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirdi. Erdem Çakar Bakıda keçirilən uğurlu kampaniyaları bölgələrə doğru genişləndirməyə və burada qlobal "world beyond cash" baxışılarını təqdim etməyə şad olduqlarını, həmçinin “Mastercard”ın rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə dövlət orqanları ilə əməkdaşlıq etməsindən məmnunluq duyduqlarını görüş iştirakçılarının diqqətinə çatdırdı.

“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info