Milli ailə dəyərlərinin təbliği
Tarix: 08.06.2018 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İctimai Birliyi iyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumətə Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli ailə dəyərlərinin təbliğində psixoloji və əxlaqi maarifləndirmənin rolu” layihəsi çərçivəsində ilk tədbirini Bakı Türk liseyində həyata keçirib. Tədbirdə layihəyə uyğun olaraq hazırlanmış “Milli və əxlaqi dəyərlərimizin nüvəsi Ailə” kitabı və “Milli ailə dəyərlərimiz və müasirləşən gənclik” bukletləri layihə iştirakçılarına paylanılıb. Tədbiri layihə rəhbəri Eldəniz Salmanov açıq elan edərək QHT-lərə Dövlət Dəstəyi Şurasına belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Layihə rəhbəri layihənin məqsədi və layihə iştirakçılarına faydası haqqında məlumat verdikdən sonra sözü mühazirəçilərə verib.
İlk mühazirəçi BDU-nun psixologiya fakültəsinin müəlliməsi Səbinə Salmanova olub və bir sıra maraqlı məqamlara toxunub. Səbinə Salmanova öz çıxışında milli ailə dəyərlərində psixoloji maarifləndirmənin rolu və son zamanlar boşanma hallarının başlıca problemləri haqqında ətraflı məlumat verib. Natiq maarifləndirici xarakterli çıxışında bir bəzi vacib məqamlara da toxunub.
Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov milli və əxlaqi dəyərlərimizin tarixi kökləri və xalqımızın uzun illərdən bəri qoruyub saxladığı müqəddəs dəyərlərimiz haqqında geniş məlumat verib. Eldəniz Salmanov layihə iştirakçılarına geniş diskussiya şəraitində mühazirəçilərə öz suallarını vermək və cavab almaq üçün geniş imkan yaradıb. Tədbir iştirakçıları belə aktual layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsində çox böyük rolu olduğunu bildiriblər. Tədbirin sonunda Eldəniz Salmanov fəal iştirakçılara xüsusi kitablar hədiyyə etdi və Bakı Türk Liseyinin müdiriyyətinə tədbiri həyata keçirmək üçün yaratdıqları şəraitə görə öz təşəkkürünü bildirib. Layihə rəhbəri onu da qeyd etdi ki, növbəti tədbirimiz iyun ayının 12-də Lənkəran şəhərində olacaq.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Ukraynada “Azərbaycan Ticarət Evi“ açılıb
22.06.2018
“Azərmarka” uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb
22.06.2018
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
22.06.2018
Diaspor təşkilatı sədri jurnalistləri təltif edib
22.06.2018
Dövlətin və xalqın mənafeyinə xidmət edən dövlət qulluğu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info