Arzuların qanadında - əsl cənnətdən reportaj
Tarix: 08.06.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Arzuların olar, həyata keçməsi üçün ya sehrli xalat axtarıb onunla uçmaq istəyərsən, ya da ayaqlarınla ona çatmaq üçün qaçarsan. Elə arzular da var ki, onların gerçəkləşə bilməsi üçün nə cin dolu küpə, nə də Simurq quşuna ehtiyac var. Mənim Türkiyə arzum kimi…
“Samanyolu” ilə başlayan uşaqlıq sevdam məni Türkiyənin yollarına “səfərbər” etdi.

Arzularımın qanadında…

Nəhayət, Bakı-Antalya istiqamətində uçuşu yerinə yetirən təyyarəyə minirəm, telefonumu uçuş rejimində tənzimləyib qoruyucu kəmərlərimi bağlayıram.

Və artıq Antalyadayıq

Bizi turizm şirkətinin əməkdaşı gülərüzlə qarşılayıb qalacağımız ”Rixos Premium Belek” oteli haqqında məlumat verir. “Rixos hotels” silsiləsindən olan ”Rixos Premium Belek”də turist əlindən göz açmaq mümkün deyil. Demək olar ki, boş otaq yoxdur. Bələdçi “deluxe” otağıma aparır məni. Möhtəşəmdir! Dəniz maviliyinin sərinliyi pəncərədən otağa sirayət edib sanki. 37 m2 olan yataq otağımda vanna otağı, eyvan var. Lazım olan əşyalar da öz yerində: Televizor, qəhvə çaydanı, fen, telefon və əlbəttə ki, internet əlaqəsi. Mənzərə və mövcud vəziyyət elədir ki, elə bil çöldəki yayı içəridəki qış əvəz edib. Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və limanı olan Antalyanı seçməklə nə qədər QAZANDIĞIM fərqindəyəm. 700 metr uzunluğunda çimərlik, dəbdəbəli otaqlar, hovuzlar, restoranlar, barlar və daha nələr...
Hotel Antalya şəhərinin mərkəzinə 50 km, Antalya Hava Limanına isə 35 km məsafədə yerləşir.
Aralıq dənizində yer alan hotelin lüks səviyyədə 700 otağı var. Hələ idman meydançasını demirəm. “Rixos Premium Belek” əyləncə və rahatlıq üçün hər şey təşkil olunub. 7 restoran və 8 barı olan hoteldə xidmət müştərini utandıracaq səviyyədədir.
Burada turistlər nəzərə alınmaqla mətbəxin bol çeşidliliyinə önəm verilib. Türk mətbəxindən tutmuş ta italyan mətbəxinə kimi istənilən ölkənin menyusundan dada bilərsiniz. Uşaqlar da kənarda qalmayıb, hətta deyərdim, böyüklərdən daha çox diqqətdədirlər. Belə ki, hoteldə “uşaqların xəyal dünyası”nın hər “rəngi” incə detallıqla düşünülüb. Uşaq hovuzu, oyun parkı, diskoteka, xüsusi uşaq şousu, şəxsi dərslər və kurslar və yazmaqla bitməyən “daha”lar... Səfərimin ilk günü, demək olar ki, hotellə tanış olmaqla keçdi. Gördüyüm qədər xidmətin yüksəkliyi müştərini hoteldən çıxarmamaq üçün hesablanıb sanki. Mən də ilk gün belə etdim.
Sabah isə yerli saatla 09:00-da bələdçinin köməyilə Antalya şəhərini qarış-qarış gəzəcəyik. Görəcəyim qarışqa boyda yeniliyi belə sizinlə bölüşməyə hazıram...

BrendMedia Company




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru
19.10.2018
AZAL və “Belavia“ Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
19.10.2018
“The Guardian“: Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
19.10.2018
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş məktəbin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info