Azərbaycanda 70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb
Tarix: 08.06.2018 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Azərbaycanda “Kaspersky Lab”ın həlləri ilə müdafiə olunan 70 mindən çox istifadəçi ilin əvvəlindən müxtəlif zərərli proqram təminatları tərəfindən hücuma məruz qalıb. Bu barədə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.

Bu ilin may ayında Azərbaycanda istifadəçilərin 22%-i zərərli proqram təminatları tərəfindən internetdən hücuma məruz qalıb, 28%-i isə bu cür təhlükələrlə, məsələn, fleş-kart istifadəsi zamanı qarşılaşıb.

M. Məmmədov qeyd edib ki, ümumiyyətlə, 2018-ci ildə kibertəhdidlər landşaftı ciddi dəyişməyib. Ötən il bütün dünyanı sarsıdan fırıldaqçı proqramların kütləvi hücumları hazırda azalmaq üzrədir. “Kaspersky Lab”ın proqnozlarına əsasən, 2018-ci ildə əsas məqsədi maynerlərin quraşdırılması olacaq hücumların sayı artacaq. Əgər fırıldaqçı proqramlar potensial olaraq böyük, lakin birdəfəlik gəlir əldə etməyə imkan yaradırsa, maynerlər daha kiçikhəcmli, lakin davamlı gəlirlərlə təmin edir və bu da cinayətkarlar üçün cəlbedici ola bilər. Çox güman ki, korporativ istifadəçilər fırıldaqçı proqramların hücumlarını müəyyən edə biləcəklər. Təəssüf ki, 2017-ci il təhlükəsizlik üzrə ekspertlərə və kibercinayətkarlara aydın olaraq texnoloji və korporativ şəbəkələr bu cür hücumlara həssas ola biləcəyini nümayiş etdirdi, onlardan gələn zərər isə yüz minlərlə dollar həcmində dəyərləndirilir. Bundan başqa, hədələyici proqramlar məqsədli hücumlar üçün himayəedici rolu oynaya bilər.

«"Kaspersky Lab" texnologiyalarının köməyi ilə sözügedən geniş yayılmış təhlükəyə qarşı çoxdərəcəli müdafiə təmin olunur. Biz kriptohədələyicilərdən qorunmaq üçün pulsuz alət təklif edirik ki, bu aləti artıq quraşdırılmış qoruyucu həlldən asılı olmayaraq istənilən şəxs yükləyib, istifadə edə bilər. Şirkətin məhsulları daha bir qorunma səviyyəsini daxil edir – faylların şifrlənməsi və monitora çıxışın bloklanması kimi zərərli dəyişiklikləri blok etməyi bacaran "Fəallığının monitorinqi" modulu. “Kaspersky Lab” əvvəldən kriptohədələyicilər ilə bağlı vəziyyəti izləyirdi və sahədə bu təhlükə haqqında məlumatlandırılma səviyyəsini artırmaq məqsədilə onlar haqqında daim yenilənən məlumatlı bölüşməyə başlayan ilk şirkətlərdən biri idi», - deyə Müşviq Məmmədov bildirib.

Xatırladaq ki, 2016-cı ilin iyulun 25-də “Kaspersky Lab”, Niderland Milli Polisi, Avropa Polis Agentliyi və “McAfee”nin birgə təşəbbüsü ilə “No More Ransom” layihəsinə start verilib. Bu, dövlət və özəl qurumların kibercinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın, həmçinin, hücuma məruz qalanlara yardımın göstərilməsinin (bilik və təcrübə, məsləhət və şifrə açan alətləri ilə) bariz nümunəsidir. Hazırda layihə 26 dildə mövcuddur, layihədə 120-dən çox tərəfdaş iştirak edir. Portalda 80-dən artıq şifrə açan yerləşdirilib. İlk fəaliyyət ilində 28 mindən çox avadanlıq blokdan çıxarılıb ki, bunun nəticəsində kibercinayətkarlar təxminin 9,5 mln ABŞ dollarından məhrum olublar.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info