Paşinyanın danışıqlar formatını dəyişmək cəhdi reallığı əks etdirmir
Tarix: 09.06.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər



Erməni ekspert Qarnik Qevorqyan: “Rusiya Ermənistanın Dağlıq Qarabağı danışıqlara qaytarmaq strategiyasını nəinki bəyənmir, üstəlik onun qəti əleyhinədir. Rusiya hakimiyyəti Ermənistanın yeni hakimiyyətinə etibar etmir”


“Ondan soruşmaq lazımdır - sənin iddiaların necə inandırıcı olsun ki, qondarma qurumun bütün təmsilçiləri xarici ölkələrə səfərə gedəndə Ermənistan pasportundan istifadə edirlər?”



“Əgər, həqiqətən də, “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Neçə ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər”

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması problematik məsələyə çevrilib. Daha doğrusu, onun yanaşmasını naşılıq kimi qiymətləndirmək mümkündür. Əgər danışıqların formatını dəyişməklə bağlı müəyyən dairələrin sifarişini yerinə yetirmirsə. Məsələ ondadır ki, Paşinyan inqilab dalğasının eyforiyası içində hakimiyyətə gələrək bir anın içində bütün problemləri həll etməyin çətin olduğunu anlamağa başlayıb. Enerji nazirinin bir söz, bir gün sonra Paşinyanın başqa bir söz deməsi də bunu təsdiqləyir. Son 20 illik dönəmdə Ermənistanda hakimiyyətdə olmuş Köçəryan və Sarkisyanın təmsil etdiyi kriminal-xunta rejiminin əlində əsas vasitə Dağlıq Qarabağ münaqişəsi olub. Erməni xalqını ancaq müharibə faktı ilə qorxudub müflisləşdirib, bütün hüquqlardan məhrum ediblər. Yəni Dağlıq Qarabağ məsələsi İrəvan hakimiyyətinin əlində “domokl qılıncı” olub və erməni xalqı bu “qılıncın başlarını kəsməsindən” ehtiyatlanaraq səsini çıxarmayıb. İndi də Paşinyan Qarabağ məsələsindən istifadə etməyə başlayıb. Amma çox naşı bir şəkildə.
Nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir və Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur?
Paşinyan artıq bir neçə dəfə təkrarlayıb ki, Dağlıq Qarabağ da danışıqlarda tərəf kimi iştirak etməlidir. Paşinyan bildirir ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, “DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb. Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Paşinyan bildirib ki, Azərbaycanla danışıqları davam etdirə bilər, ancaq bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. Paşinyan iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək. Eyni zamanda bildirir ki, münaqişənin nizamlanması ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmalıdır. Onun irəli sürdüyü bütün tezislər absurddur və heç bir məntiqi əsası yoxdur. Onun tezislərinə qarşı o qədər güclü antitezislər var ki, Paşinyan onların heç birinə cavab verə bilməz. Münaqişənin formatını dəyişməyə cəhd edən Paşinyan nizamlanmanı ATƏT-in Minsk qrupu çərçivəsində necə görə bilir? Axı həmin formatda iştirak edən tərəflər bəllidir. Həm məlum formatda danışıqların davamını istədiklərini deyir , həm də formata dəyişiklik təklif edir. Paşinyan iddia edir ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Onda ortaya sual çıxır: nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir və Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur? Və yaxud sizin aidiyyətiniz yoxdursa, onda qondarma qurumun büdcəsinin formalaşmasında, təchizatında Ermənistan niyə iştirak edir? Beynəlxalq hüququn və birliyin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağı işğal edərək, orada qoşun saxla, vətəndaşlarını hərbi xidmət üçün ora göndər, maliyyə ayır, indiyə qədər bütün danışıqlarda təmsil et və birdən çıxıb bəyan et ki, onlar başqa, mən başqa?! Belə görünür ki, Paşinyan hələ məsələnin hansı dərinlikdə olduğunu anlamır. Ondan soruşmaq lazımdır - sənin iddiaların necə inandırıcı olsun ki, qondarma qurumun bütün təmsilçiləri xarici ölkələrə səfərə gedəndə Ermənistan pasportundan istifadə edirlər? Elə bu yaxınlarda Saakyan ABŞ-a və Fransaya səfər etdi, görüşlər keçirdi. Rəsmi Bakının etirazlarına ABŞ və Fransanın cavabı bu oldu ki, səfər və keçirilən görüşlər rəsmi xarakter daşımır, rəsmi dəvət yoxdur və ən əsası Saakyan həmin ölkələrə Ermənistan pasportu ilə, yəni, ay Paşinyan, Ermənistan vətəndaşı kimi səfər edib! Bu faktlar sənin Dağlıq Qarabağı danışıqlara tərəf kimi qatmaq üçün ortaya atdığın tezisləri darmadağın edir. Əgər, həqiqətən də “DQR” “müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Neçə ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər.
Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb
Paşinyan, guya, özünü haqlı göstərmək üçün bildirir ki, Dağlıq Qarabağdan qovulan azərbaycanlılar Azərbaycan vətəndaşıdır. Ay Paşinyan, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən asılı olmayaraq, orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır. 25 ildir öz yurd-yuvalarından didərgin düşən bu insanlar harada və hansı statusda yaşamalıdırlar? Paşinyan bu insanların hansı proseslərin qurbanı olduğunu bilmir? Bu insanlar Ermənistan ordusunun işğal siyasəti nəticəsinə doğma yurdlarından didərgin düşüblər. Yəni səbəb erməni işğalıdır. Hansısa əvvəl əldə edilmiş razılaşmalara əməl edilməli olduğunu deyən Paşinyan ölümcül zərbədən bəhs edir. Bu adam prosesdən bu qədərmi xəbərsizidir? Xarici işlər nazirini, yəqin ki, Rusiyada keçirdiyi görüşdə başa salıblar. Elə Lavrovun Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı məsələyə münasibəti də bunu təsdiqləyir. Erməni analitik Qarnik Qevorqyan “Birinci İnformasiya”ya dəyərləndirməsində bildirib ki, Rusiya Ermənistanın Dağlıq Qarabağı danışıqlara qaytarmaq strategiyasını nəinki bəyənmir, üstəlik onun qəti əleyhinədir: “İstisna deyil ki, mətbuat konfransında rusiyalı jurnalist tərəfindən belə bir sualın verilməsi əvvəlcədən təşkil edilmişdi ki, Lavrovun dilindən bu fikirlər səsləndirilsin. Aydındır ki, Rusiya hakimiyyəti Ermənistanın yeni hakimiyyətinə etibar etmir”.
Əvvəlik illərdə olan razılaşmaya qalsa, onda ilk olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrindən başlamaq lazımdır. O ki qaldı ölümcül zərbəyə, Aprel zəfərini yadlarına salıb sussalar yaxşı olar. Elə Ermənistan mediası və ekspertləri tez-tez qeyd edirlər ki, bu günə kimi ölkə Aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir. Açıq-aydın görünür ki, Paşinyan danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən formada danışıqlara getmək niyyətindədir. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Paşinyan danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Onun parlamentdə etdiyi çıxışda səsləndirdiyi bir çox iddiaları dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir. Bu, Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə hörmətsizliyidir. Həmsədr dövlətlərin bu məsələyə reaksiya verməsi lazımdır.
Anar Miriyev







 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info