“Qurtuluşdan tərəqqiyə - 25 il”
Tarix: 09.06.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Ucarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyası Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Şamaxı, Ucar və Zərdab rayon təşkilatları Gənclər birliklərinin sədrləri və üzvləri iştirak ediblər. Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunan zona müşavirəsini açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü çətin durumdan, böyük öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. YAP rayon təşkilatları Gənclər birliklərinin sədrləri və üzvləri çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini vurğulayıblar. YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycanda ötən əsrin 90-cı illərində yaşanan ağır durumdan, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, qurtuluş tarixi üzərində bərqərar olan dövlət siyasətinin təntənəsindən danışıb. Çıxışlarda belə bir fikir də vurğulanıb ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, dövlətimizin başçısına ümumxalq məhəbbəti sayəsində daha böyük uğurlara, yeni-yeni zirvələrə doğru inamla addımlayır.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info