“Eskişehirgundem.com”: “TANAP enerji siyasətinə istiqamət verəcək strateji layihədir”
Tarix: 08.06.2018 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsi (TANAP) dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Təkcə region üçün deyil, bütövlükdə qlobal əhəmiyyətli layihə hesab edilən və reallaşdırılması birbaşa Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən TANAP layihəsi başa çatmaq üzrədir. Bu günlərdə açılışı olacaq TANAP dünya mediasının gündəmindədir. Türkiyə mediasında da davamlı olaraq bu nəhəng layihə ilə bağlı yazılar dərc edilir.
“Eskişehirgundem.com” saytında “TANAP üçün geri sayım başladı” başlıqlı yazı dərc edilib. Burada göstərilir ki, Azərbaycanın Xəzər dənizindən çıxardığı təbii qazın Türkiyəyə və Avropaya daşınmasını hədəfləyən Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsi (TANAP) üçün geri sayım başladı. 2015-ci ildə Qarsın Selim qəsəbəsində əsası qoyulmuş TANAP layihəsinin açılış mərasimi 12 iyun tarixində həyata keçəcək.

Türkiyənin rolu dəyişir
Məqalədə qeyd edilir ki, Türkiyədə həyata keçirilən ən əhəmiyyətli enerji layihələrindən biri olma xüsusiyyətinə malik olan TANAP, eyni zamanda regional enerji siyasətinə də istiqamət verəcək strateji bir layihədir. Eləcə də ötən 3 il müddətində tamamlanması baxımından Türkiyənin son dövrlərdə "enerjidə ticarət mərkəzi" olma prosesində “vizyon” layihəsi olaraq da önə çıxır.
TANAP-ın həyata keçməsi həm yeni, böyük enerji layihələrini dəstəkləmiş olacaq, həm də enerji investorlarının gözündə Türkiyənin roluna müsbət təsir göstərəcək.
Azərbaycanın “Şahdəniz” sahəsindən çıxarılacaq təbii qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya daşınmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli seqmenti olan TANAP ilə Türkiyə, Xəzər bölgəsindəki ehtiyatların dünya bazarlarına transferini təmin edən mərkəz ölkə mövqeyinə çatacaq.
Qlobal enerji bazarlarına açılmaq istəyən digər mənbə sahibi olan ölkələrin diqqətini cəlb edən TANAP, bu gün enerji idxalında ölkə müxtəlifliyini təmin etmək istəyən Türkiyəyə və xüsusilə də Avropa ölkələrinə ciddi imkanlar təklif edir.

TANAP və TAP, Asiya və Yaxın Şərq ölkələrinin Qərbə pəncərəsi olacaq
“Yenisafak.com” saytında isə “TANAP qazı gəlir” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, TANAP Azərbaycandan Avropaya qədər uzanan bir təbii qaz xətti kimi görünsə də, əhatə etdiyi ərazi etibarı ilə bölgədə şərq-qərb istiqamətli əsas təbii qaz dəhlizi açmış olur.
Digər tərəfdən Cənub Qaz Dəhlizinin tərkibində yer alan TANAP-ın Avropaya qədər davamını təmin edən Trans-Adriatik Təbii qaz Boru Xətti Layihəsi (TAP), AB ölkələrinin və Türkiyənin Rusiyadan olan təbii qaz asılılığı qarşısında daha geniş bir hərəkət sahəsinə qovuşmasını təmin edəcək. Ən əsası isə TANAP ilə birlikdə bölgədə enerji ehtiyatlarına malik olan Türkmənistan, İraq, İran və Şərqi Aralıq dənizi ölkələrinin bu dəhlizə qatılması da ehtimal edilir.
Bu proses həm bölgədə rəqabət şərtlərinin meydana gəlməsini təmin edəcək, həm də Türkiyənin bölgədəki strateji əhəmiyyətini artıraraq “dəhliz ölkə” olmaqdan çıxıb, enerji ticarət mərkəzi olmasına yardım edəcək.
“Şahdəniz”dən Gürcüstana uzanan TANAP ümumilikdə 1850 kilometr təşkil edir.
Azərbaycanın “Şahdəniz 2” sahəsindən çıxarılacaq ümumilikdə 1,2 trilyon kubmetrlik təbii qaz axınını reallaşdıracaq bu xəttin, 2020-ci ildə 16 milyard kubmetr təbii qaz tutumuna, 2023-cü ildə də bunun 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatması hədəflənir.
Layihə Türkiyə Gürcüstan sərhədindən başlayıb Türkiyə Yunanıstan sərhədinə qədər uzanan bir sahəni əhatə edir. Türkiyədə başlanğıc nöqtəsi Ərdahan vilayətinin Posof qəsəbəsinin Türkgözü kəndində olan TANAP, Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Girəsun, Sivas, Yozqat, Kırşəhir, Kırıkkalə, Ankara, Eskişehir, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaqla 20 vilayətdən keçərək Türkiyənin Yunanıstan sərhədindəki İpsala mahalında sona çatır.
Bundan sonra TANAP, təbii qazı Avropa ölkələrinə çatdıracaq TAP təbii qaz boru kəmərinə qoşulur. Digər tərəfdən Xəzər dənizindən Avropaya ilk enerji xəttini meydana gətirəcək layihənin ən mühüm halqası olan TANAP və TAP, Asiya və Yaxın Şərq ölkələrinin Qərbə pəncərəsi olacaq.
Türkiyənin "enerjidə ticarət mərkəzi" olması yolunda olduqca əhəmiyyətli bir layihə olan TANAP, bu ölkəni Şərq-Qərb arasında strateji ölkə mövqeyinə çatdıraraq enerji mənbələri idxalında xərci azaldacaq.
Türkiyə enerji istehsal edən və istehlak edən ölkələr arasında "enerjidə ticarət mərkəzi" vəzifəsini üzərinə götürməklə, digər tərəfdən bu layihələrə ortaq olmaqla enerji bazarının qəlbi mövqeyinə yüksəlir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info