“İqtisadi islahatlar davam etdiriləcək“
Tarix: 09.06.2018 | Saat: 12:02:00 | E-mail | Çapa göndər


"Düşünürəm ki, dövlətin pulları elə-belə xərclənməməlidir və dəqiq strategiyalar olmalıdır. Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu, öz nəticəsini verməməkdədir".
APA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində keçirilən "İqtisadi azadlıq " panelində deyib.
S.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq qlobal iqtisadiyyata inteqrasiya üçün çalışır: "Bu istiqamətdə Azərbaycan çoxtərəfli ticarət sazişlərini imzalamağa çalışır və biznes dairələri üçün lazım olan münbit şərait yaradılır: "Bu islahatların köməyi ilə Azərbaycanın mövqeyi irəliləyib 65-ci yerdən 57-ci yerə qədər qalxıb. İqtisadiyatın diversifikasiyası Azərbaycan üçün çox önəmlidir. Buna görə də islahatlar davam etdiriləcək".
S.Məmmədov qeyd edib ki, insan kapitalına önəm verilməsə, iqtisadiyyat inkişaf etməz: " Eləcə də, qaz və enerji təchizatı sahəsini inkişaf etdirə bilməsək, sahibkarlıq da inkişaf etməz".
Hökumətlərə beynəlxalq maliyyə kooperasiyalarından kredit alanda məsləhət verən Fred MakMahon iqtisadi azadlıq, oyunçuların bazara daxil olması üçün bərabər şərait yaradılmasının vacib olduğunu deyib: "Məhsulların, innovasiyaların artırılması lazımdır. Azərbaycanda sülh və insanların rifah halının artırılması üçün çox gözəl potensial var. Azərbaycan nəyə nali olubsa, bu, çox böyük qələbədir. Ancaq dünyada azad rəqabəti təmin etmək üçün qanun aliliyinin təmin edilməsi kimi çağırış var. Hamı üçün açıq qanuni bazarın olması önəmlidir".
Londonda iqtisadi məsələlər institutunda beynəlxalq ticarət və rəqabət bölməsinin direktoru Şanker Sinqham bildirib ki, iqtisadi azadlıq üçün açıq ticarət, rəqabət, əmlak hüquqlarının müdafiəsi təmin olunmalıdır.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info