Bakı sammitinin ikinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib
Tarix: 09.06.2018 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin ikinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda çıxış edərək ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. O deyib ki, bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul 1,2 faiz artıb. Ölkədə əsas diqqət qeyri-neft sektoru üzrə ixraca yönəlib. Ümumi ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb.
Nazir müavini qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur:
“Biz çoxtərəfli ticarət sazişləri imzalayır, eyni zamanda, hüquqi bazanı təkmilləşdiririk. Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankı ilə əməkdaşlıq edirik. İqtisadiyyatın şaxələndirilməsi neft və qaz ölkəsi üçün, eləcə də Azərbaycan üçün çox önəmlidir. Bunun üçün dəqiq strategiyaların olması önəmlidir. Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu da uğurlu nəticələrini verməkdədir”.
Kanadada fəaliyyət göstərən Fraser tədqiqat institutunun nümayəndəsi Fred Makmahon iqtisadi azadlıq üçün açıq rəqabətin, əmlak hüquqlarının müdafiəsinin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O deyib ki, ölkələr hüquqi bazanın necə yaradılması haqqında düşünməlidirlər. İnnovasiyaların təşviqinə önəm verilməlidir. Fred Makmahon Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd edib.
Böyük Britaniyanın İqtisadi Məsələlər İnstitutunun beynəlxalq ticarət və rəqabət bölməsinin rəhbəri Şanker Sinqham iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən danışıb, bunun sahibkarlığın inkişafına da təkan verdiyini söyləyib. O, Azərbaycanda belə bir mühitin yaradıldığını bildirib.
Omanın İnvestisiyaların və İxracın Təşviqi qurumunun nümayəndəsi Azzan Al Busaidi bildirib ki, hər hansı bir ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün sərmayə qoyuluşu vacib şərtdir. Əsas məsələ dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsidir. Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi olduqca önəmlidir.
Panel iclasında mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info