Hərbi-siyasi rejimin sona yetəcəyi gözlənilən idi
Tarix: 10.06.2018 | Saat: 22:58:00 | E-mail | Çapa göndər



“Kiminə ciplər, saraylar, kiminə də tabut və həbsxana həyatı.. Amma vaxt dəyişir və vaxtla birgə insanlar da dəyişir”. Ermənilərin “ArmenianReport” saytı bu cümlələri Daglıq Qarabagda baş verən son hadisələri analiz edərək yazır. Saytin yazdığına görə, Qarabagdakı son yaşananlar gözlənilən olsa da, Ermənistandakı məxməri inqilab buna xüsusı təkan vermış oldu. Hər şeyin oldugu kimi qalacağını düşünən Bako Saakyan da xalqın tələbləri qarşısında aciz olduğunu gördü.

Xatırladaq ki, hər şey ilk baxışda, Qarabağda hec nəyin baş vermədiyi kimi, sadəcə əhali adi bir məmurun istefasının tələb etdikləri kimi görünürdü. Ancaq bu aldadıcı görüntü idi. Əslində, Qarabagda yaşayan ermənilər 25 ildən artıq yaşadıqları zülm siyasətinin nöqtəsini qoymağa çalışdılar. Bu illər ərzində onlar bütün hüquqlardan məhrum edilmişdilər. İndi bunu onların özləri də etiraf etmək məcburiyyətində qalıblar. Yalan vədlərin girdabında çabalayan bu insanlara qarşı haqsızlığı təkcə yerli erməni məmurlar deyil, həm də Qarabağdan kənarda yaşayan, bu ərazi ilə əlaqəsi olmayan imkanlı ermənilər öz şəxsi mənafeləri naminə həyata kecirirdilər.
Bu gün İrəvanda bir qrup Samvel Babayana azadlıq tələb edir. Əslində ermənilərnin “qəhrəman” kimi təqdim etdikləri Babayan da sadə xalqı talayanlardan biri idi. Onun da əsas mübarizəsi şəxsi sərvətini çoxaltmağa hesablanmışdı. Lakin Serj Sarkisyan-Samvel Babayan-Arkadi Qukasyan arasında gedən şəxsi gücün bölüşdürülməsinin ilk qurbanı Samvel Babayan oldu. Onun siyasətə qatılmaq cəhdi ətrafı tərəfindən o qədər də yaxşı qarşılanmadığından Babayan təcridə məruz qaldı. Qeyd edək ki, müxtəlif illərdə hərbi-siyasi rejimin rəsmi və ya qeyri-rəsmi liderləri olan bu üçlük özlərini sadə xalqa “qəhrəman” kimi təqdim etməyi də unutmayıblar. Təbii ki, burada Robert Koçaryanı da yaddan çıxarmaq düzgün olmazdı. Cünki onun Bako Saakyanla aralarında olan münaqişənin kökündə Qarabagdakı sərmayə bölgüsündəki narazılıq dayanır.
Qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin ilk dövrlərində özünü “Qarabağ Ordusunun komandiri” kimi təqdim edən Samvel Babayan və onun ətrafı bu ərazilərdə hərbi diktatorluq qurub, Körəryan və Sarkisyanı Qarabağdan qovdular. Beləliklə, Daglıq Qarabağda cəza qanunsuzluğu tipli bir qurum yaradıldı. Xatırladaq ki, Daglıq Qarabağda “prezident seçilib” yerli xalqa təqdim edilənlər adicə müqəvva olublar. Onların hamısı, həm Qukasyanı, həm indiki Saakyanı, sadəcə, idarə olunan “prezident”lər olublar. Onlar heç vaxt yerli xalqdan dəstək almayıblar. Bunu son hadisələr də göstərdi: “Yeter! "Biz ədalət tələb edirik”. Deyəsən. 25-illik ədalətsizlik dövrü, doğrudan da, sona yetməkdədir.
Agasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
19.10.2018
“Seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı əsl niyyəti ortaya çıxacaq”
19.10.2018
Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb
18.10.2018
Camal Kaşıkçının qətlində şübhəli bilinən şəxs avtomobil qəzasında ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10280

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info