Səfər Mehdiyev Naxçıvana gedib
Tarix: 11.06.2018 | Saat: 11:49:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.
 
DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən Sədərək Gömrük İdarəsinin gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə, eləcə də burada aparılan tikinti və yenidənqurma işləri ilə yaxından tanış olublar.
 
Səfər Mehdiyev gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
 
Eyni zamanda, komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılan tikinti və yenidənqurma işlərinə, eləcə də lazımi avadanlıqların alınmasına dair Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri və tikinti şirkətinin rəhbərliyi ilə müzakirələr aparıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info