Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
Tarix: 11.06.2018 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Yaponiyada Azərbaycana, onun insanlarına, mədəniyyətinə, biznes mühitinə olan maraq günü-gündən artmaqdadır. Bu işdə heç şübhəsiz ki, hər iki ölkə arasında artan insan mübadilələrinin çox böyük əhəmiyyəti vardır. Son illər hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, hər iki ölkədə fəaliyyət göstərən səfirliklərin fəallığı, iş adamları arasında müntəzəm həyata keçirilən tədbirlər və s mühüm rol oynayır.
Yaponiyada fəaliyyət göstərən, özündə təxminən 200 nəfər yaponiyalı biznesmeni cəmləşdirən Yaponiya Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, diaspor fəalı, son 6 ildə Yaponiya hökuməti təqaüdçüsü, bu ölkənin Hokkaydo Universitetində magistr və doktor səviyyələrində təhsil almış, konfliktoloq Əlibəy Məmmədovun xidmətləri də təqdirəlayiqdir.
İyun ayının 7-9-da Əlibəy Məmmədov və Yaponiyanın “Sərhədləri Aşanlar” adlı özündə təxminən 2000 nəfər yaponiyalı biznesmeni cəmləşdirən qrupun rəhbəri İşida Kazuyasu, eyni zamanda bir neçə digər biznesmenlə birlikdə Yaponiyanın cənubunda yerləşən, Kaqoşima prefekturasına aid Amami adalarına səyahət etmişlər. Adalar qrupunun ümumi sahəsi 789 km2-dir. Əhalisi 61.291 nəfərdir. Paytaxt Tokiodan təyyarə ilə təxminən 3 saatlıq məsafədə yerləşir.
Ada özünəməxsus, hələ insan əli dəyməmiş flora və faunası, cəngəllikləri, vəhşi təbiəti ilə məşhurdur. Ada öz toxuma mədəniyyətinə görə də dünyada kifayət qədər tanınır. Hazırda bu adanın təbiətinin YUNESKO-nun irsinə qeyd olunması istiqamətində danışıqlar aparılır. Hətta bir çox iddialara görə hələ dinazavorlar dövrünə aid edilən və dinazavorların yemi olmuş bir neçə meyvə ağacları hələ də bu adada qalmaqdadır.
Qara şəkərdən hazırlanan xüsusi yapon araqları (kokuto shochu) da məhz burada hazırlanır. Yaponiya ərazisində digər regionlarda bu araq növünü hazırlamaq hüquqi qaydalarla qadağan edilmişdir.
Adada balıqçılıq və kənd təsərrüfatı sahələri inkişaf etmişdir. İnsanlarının istifadə etdiyi yerli dil də rəsmi yapon dilindən çox fərqlidir. Yaponların özləri belə yerli dili anlamaqda çətinlik çəkirlər.
Məhz bu adada İyun ayının 30-dan İyul ayının 2-dək 100-ə yaxın yaponiyalı biznesmenin, eyni zamanda bir çox xarici qonağın iştirakı ilə, “Sərhədləri Aşanlar” qrupunun 5 illik yubileyi keçiriləcək. Bu dəfə ki, səfər yubileyə hazırlıq xarakteri daşıyırdı. Yerli insanların əməkdaşlığını rəsmi şəkildə əldə etmək baxımından çox vacib idi.
Yubiley zamanı yaponiyalı biznesmenlər və xarici qonaqlar tərəfindən ayrı-ayrılıqda çıxışlar və müzakirələr təşkil olunacaq.
Ölkəmizi bu tədbirdə Əlibəy Məmmədov təmsil edəcək. Qeyd edək ki, bu tədbir çox böyük əhəmiyyətə malikdir. Həmyerlimiz hələ ötən il 4 illik yubiley zamanı təşkilat komitəsinin sədri vəzifəsində çalışarkən, Azərbaycanla bağlı çıxış etmişdir. Bunun nəticəsində, ötən ilin Oktyabr ayında Bakıda təşkil edilmiş Japan EXPO-da iştirak edən yaponiyalı biznesmenlərin sayı kifayət qədər artmış (ümumi 100 şirkət) və hər iki ölkə arasında insan mübadiləsi, idxal və ixrac məsələlərində gözəçarpacaq inkişaf qeydə alınmışdır.
Bu ilki tədbirin əsas mövzuları “Amami adaları və Yaponiya” “Amami adaları və Dünya” “Yaponiya və Azərbaycan”-dır. Bu ilki tədbirlər nəticəsində Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin daha da inkişaf edəcəyinə böyük ümidlər bəslənilir.
Qeyd edək ki, həmyerlimiz və yaponiyalı biznesmenlərin səfəri Amami adasında böyük maraqla qarşılanmış və yerli radio və qəzetlər tərəfindən işıqlandırılmışdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info