Bakıda beynəlxalq festival keçiriləcək
Tarix: 11.06.2018 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Bakıda oktyabrın 19-dan 21-dək Animafilm I Beynəlxalq animasiya festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk mövzusu “Azərbaycan animasiyası” olan festivala “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”, “Ən yaxşı animasiyalı sosial çarx”, “Ən yaxşı animasiyalı reklam”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyaları üzrə müsabiqəyə başlanılıb.

Festivalda iştirak etmək üçün 22 ölkədən 84 müraciət daxil olub. Nominasiyaları dəyərləndirmək üçün tanınmış animasiya rejissorlarından, sənətşünaslardan ibarət iki beynəlxalq münsiflər heyəti yaradılıb, eyni zamanda “Tamaşaçı rəğbəti” mükafatı da təsis edilib.

Festival iştirakçıları müsabiqədənkənar proqramda Azərbaycan animasiyası tarixindən bəhs edən “Azərbaycan animasiyası” kitabının təqdimatında, tematik nümayişlərdə iştirak edə, retrospektivlərdə ən gözəl sənət nümunələri ilə tanış ola biləcəklər.

Festivalın proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info