Sürücülərin işə qəbulu ilə bağlı vahid sistem yaradılır
Tarix: 11.06.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində paytaxtda müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən 1356 nəfər sürücü xüsusi təlim keçib.
Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum sözçüsü bildirib ki, təlimləri uğurla başa vuran sürücülər sertifikat alıblar: "Həmin sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib. Ümumilikdə isə, daşıyıcılar tərəfindən bizə verilən məlumata görə, paytaxtda marşrut avtobuslarında 3060 nəfərə yaxın sürücü var. Həmin sürücülərin hər biri xüsusi təlimlərdən keçəcəklər".
M.Ağayev qeyd edib ki, sürücülərin təlimləri yekunlaşdırılandan sonra bu təlimlərdə avtobus idarə etmək hüququ olan şəxslər də təlimlərdə iştirak edə bilərlər: "Həmin şəxslər də təlimlərdən keçəndən sonra adları peşəkar sürücü bazasına daxil ediləcək. Bilirsiniz ki, sürücülərin işə götürülməsi, onların əmək münasibətlərinin tənzimlənməsi daşıyıcılar tərəfindən həyata keçirilir, Daşıyıcıların hardan gəldi, yoxlanılmadan sürücü işə qəbul etməsi fəsadlarla nəticələnir. Bəzən olur ki, hətta avtobus idarə edən sürücünün sürücülük hüququ yoxdur. Yaxud da, sürücülük hüququ var, amma onun avtobus idarə etmək hüququ yoxdur. Əsas məqsədimiz bu cür halların aradan qaldırılmasıdır. Kənardan müraciət edən sürücülər də təlimlərdən keçəndən sonra vahid sistem yaradılacaq. Hansısa daşıyıcıya 2 nəfər sürücü lazım olacaqsa, Bakı Nəqliyyat Agentliyi həmin daşıcıya vahid bazadan 5, hətta 12 nəfər sürücü təqdim edəcək ki, onlar kənardan bu işə sürücü cəlb etməsinlər".
M. Ağayev bildirib ki, təlimlərdən keçə bilməyən sürücülər yenidən təlimlərdən keçmək üçün müraciət edə bilər: "Bu gün paytaxt marşrutlarında mövcud olan bir neçə problemdən biri də peşəkar sürücü çatışmazlığıdır. Bu gün həqiqətən də peşəkar sürücülərə ehtiyac var".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info