Nuray Mehdiyeva respublika müsabiqəsinin qalibi olub
Tarix: 11.06.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə üçüncü sinif şagirdi, 9 yaşlı Nuray Mehdiyeva Azərbaycan Respublikası Rus İcması nəzdində - Rus Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Rodniki duşi” adlı rus klassik və xalq musiqiləri, mahnı və rəqslərinin ən yaxşı ifaları üzrə XIV Respublika festival-müsabiqəsinin qalibi olub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100, görkəmli bəstəkar Qara Qarayevin 100 və “Azərbaycan Rus İcması” İctimai Birliyinin 25 illik yubileylərinə həsr olunub.
Müxtəlif nominasiyalarda və yaş qrupları arasında keçirilən müsabiqədə Nuray Mehdiyeva öz yaşıdları arasında fortepiano ixtisası üzrə I dərəcəli, vokal üzrə isə II dərəcəli diplomlara layiq görülərək müsabiqənin laureatı adını qazanıb.
Qeyd edək ki, Nuray Mehdiyeva “Azərbaycanın səsi bala” televiziya mahnı müsabiqəsinin iştirakçısıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info