Memarlıqda müasirliklə və qədimliyin sintezi orijinallıq yaradır
Tarix: 11.06.2018 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Lahıc və Basqal qəsəbələrinin, İvanovka, Qalacıq kəndlərinin və rayonun bir sıra digər yaşayış məntəqələrinin timsalında İsmayıllının memarlıq tarixinin və şəhərsalma mədəniyyətinin qədimliyi aydın şəkildə təzahür edir. Məkan, müdafiə və dini xarakterli abidələrin çoxluğu da ümumilikdə bölgənin tarixi dəyərlərinin zənginliyini əks etdirir. Təqdir olunası haldır ki, yeni tikinti, quruculuq, abadlıq işləri üzrə layihələrin həyata keçirilməsində tarixilliklə müasirliyin sintezi əsas götürülür. İsmayıllı şəhərindəki Heydər Əliyev prospektinin, Mübariz Orucov, Nizami Gəncəvi, Əbülhəsən Ələkbərzadə, Mirzə Fətəli Axundzadə küçələrinin tərtibatı, “Qala divarları”nın, beşmərtəbəli və səkkizmərtəbəli yaşayış binalarının tikintisi, sənaye və sosial obyektlərin inşası, Lahıc qəsəbəsində icma evinin tikintisi məhz yeniliklə qədimliyin sintezinin orijinal nəticələridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Memarlar İttifaqının katibliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən iclasda səsləndirilib.
Qeyd edək ki, İsmayıllıya gələn Memarlar İttifaqının idarə heyətinin tam şəkildə tərkibi rayonda müxtəlif dövrlərə aid memarlıq abidələri, habelə müasir tikililərlə tanış olublar.
İclasdan əvvəl qonaqlar və rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar. Şəhər Mədəniyyət Mərkəzində keçirilən yığıncağın iştirakçıları mərkəzin foyesində təşkil olunan ölkə memarlarının yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxıblar.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin İsmayıllıya səfərlərindən, həyata keçirilən layihələrdən, tikinti-abadlıq, quruculuq işlərində, yeni infrastruktur layihələrinin icrasında ənənəvi memarlığa və qədim şəhərsalma mədəniyyətinə əsaslanan fəaliyyətdən danışıb.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə qeyd edib ki, İsmayıllıda tikinti-abadlıq işlərində müasir memarlığın tələblərinə riayət olunub. O, işlərin daha ixtisaslı təşkili üçün rayon ərazisindəki qədim memarlıq və şəhərsalma mədəniyyətinin, tarixi abidələrin tikinti üslublarının daha diqqətlə öyrənilməsinin, sınanmış metodların tətbiq olunmasının zəruriliyindən danışıb.
Rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Vüsal Abdullayevə son illər bölgədə icrası yüksək səviyyədə təmin olunan layihələrdən söz açıb.
Memarlar İttifaqının rəyasət heyətinin üzvü, Səbayıl rayonunun baş memarı Kamil Məmmədov müasir Azərbaycan memarlığı ilə bağlı tələblərdən bəhs edib.
Sonra memar Məhəmməd Nurməmmədov “İsmayıllı abidələrinin memarlıq tarixi” mövzusunda məruzə edib. Məruzəçi Lahıc və Basqal memarlıq üslubunu ayrı-ayrılıqda təhlil edib, iştirakçılara tanış olmayan bir çox abidələr barədə ətraflı məlumat verib.
Qəbul olunan qətnamədə İsmayıllıda Azərbaycan Memarlar İttifaqının regional bölməsinin yaradılması qərara alınıb.
Sonda E.Qasımzadə 6 saylı tam orta məktəbin məzunu, test imtahanlarında 700 bal toplayan Vasif Əsədovu qiymətli hədiyyə ilə təbrik edib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Memarlar İttifaqının fəxri üzvü seçilib, rayonun baş memarı Vüsal Abdullayevə “Ustad memar” sertifikatı verilib. Habelə, inşaatçı mühəndislər Azad Əliyev və Ədalət Göyüşov Memarlar İttifaqının üzvlüyünə qəbul olunublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində
09.08.2018
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
08.08.2018
“Kitabi-türki” yenidən nəşr olunub
08.08.2018
Alban kilsəsində arxeoloji tədqiqatlar aparılır
08.08.2018
“Aşıq Şəmşir” Mədəniyyət Ocağının layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9855

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info