Məhəmməd Hadi küçəsinin bir hissəsi yenidən qurulub
Tarix: 11.06.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xətai rayonu Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işlərini sürətlə və keyfiyyətlə davam etdirir.
 
Agentlikdən verilən məlumata görə, küçə 6 hərəkət zolaqlı olmaqla uzunluğu 4,4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində Əhmədli və H. Aslanov metrostansiya və bir-neçə istiqamətdən gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu səbəbdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur.
 
Məlumatda bildirib ki, küçə uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib və əsaslı təmirə dayanıb. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olub. Məhz bütün bunlar nəzərə alınaraq AAYDA tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
 
Artıq küçənin təqribən 1157 m-lik hissəsində təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Sözügedən hissədə 20 min kvadratmetrdən çox mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, həmçinin əsas və köməkçi yollarda, səkilərdə hissəvi olaraq yolun deformasiyaya uğramış hissələri 38 min kubmetr həcmdə qazılaraq çıxarılıb yeni torpaq yatağı və 36 sm hündürlükdə yeni yol əsası inşa edilib. Yolun 278 p.metr hissəsində isə kommunikasiya xətlərində aparılan təmir işlərindən sonra yolun əsası yenidən tikilib və asfalt-beton örtüyü bərpa edilib.
 
Layihəyə uyğun olaraq kanalizasiya quyularının yenidən qurulması, 14 ədəd yeni quyu qapaqlarının quraşdırılması, həmçinin səth sularının kənarlaşdırılması üçün 150 mm diametrində 110 p.metr uzunluğunda drenaj boruların çəkilməsi və 14 ədəd yağış barmaqlıqlarının quraşdırılması işləri də görülüb.
 
Bundan başqa təmir-tikinti işləri çərçivəsində müxtəlif hərəkət istiqamətləri arasında yeni ayrıcı zolaq inşa edilib, kənarlarına 5466 p.metr yeni səki daşı düzülüb və 736 kv.m bəzək daşı döşənib. Yolun işıqlandırılması üçün ayrıcı zolaqda 60 ədəd yeni işıq dirəyi quraşdırılıb. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 4 min kvadratmetr sahədə yeni səki inşa edilib, kənarlarına isə 6500 p.metr yeni səki daşları düzülüb.
 
Tikinti norma və standartlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında təmir işləri yekunlaşdırılmış ərazidə əsas və köməkçi yollara 63 min kvadratmetr sahəyə 3 laydan ibarət iri və xırda dənəli asfat-beton örtüyü döşənib, yol boyu zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
 
Digər hissədə isə işlər lazımi sayda qüvvə cəlb olunmaqla yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Bu çərçivədə küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq küçə boyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və ya yolun hərəkət hissəsindən kənara çıxarılır, səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır. Aparılan işlər zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 84 ədəd yeni baxış qapaqları qoyulacaq, səth sularının axıdılması üçün isə 57 nöqtədə yağış barmaqlıqları quraşdırılacaq.
 
Bundan başqa küçə boyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub. Həmçinin küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.
 
Tikinti layihəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir. Asfaltlanma işləri 135 min kvadratmetr sahəni əhatə edəcək. Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulan işlərdəndir.
 
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info