II Gareginin məsuliyyətə cəlb olunması tələb edilir
Tarix: 11.06.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Etirazçılar katolikosu «Qareqin getsin», «Yeni Ermənistan, yeni patriarx» şüarları ilə qarşılayıblar

Ötən bazar bütün ermənilərin Katolikosu II Qareginin istefası tələbi ilə çıxış edən etirazçıların mitinqi böyük dava ilə müşayiət edilib. Əllərində «Qareqin getsin», «Yeni Ermənistan, yeni patriarx», "Azad müstəqil taxt" kimi şüarlar tutmuş etirazçılar İrəvanın mərkəzində növbəti yürüş ediblər.
«TASS» informasiya agentliyinin verdiyi məlumata görə, dava İrəvanın mərkəzindəki Müqəddəs Anna kilsəsi yaxınlığında baş verib. Belə ki, bazar günü ibadətindən sonra kilsəni tərk edən II Qaregini etirazçılar onun əleyhinə yazılmış etiraz şüarları ilə qarşılayıblar. Bu da kütləvi qarşıdurmaya səbəb olub. Tərəflər arasında yaranmış qarşıdurmaya polis müdaxilə etmək məcburiyyətində qalıb. Qeyd edək ki, davaya başlıca səbəb II Qareginin tərəfdarları, ruhani nümayəndələri olublar. Məhz onların etirazçılar üzərinə yeriməsi kilsə ətrafında böyük davaya çevrilib. Onu da qeyd edək ki, yaranmış insident zamanı II Qareginin xəsarət alıb- almaması barədə hələ ki, heç bir məlumat verilməyib.
Xatırladaq ki, artıq iyunun 6-dan başlayaraq bir qrup etirazçı II Qareginin bütün ermənilərin katolikosu rütbəsindən imtina etməsi tələbi ilə İrəvanda mitinq keçirirlər. Maraqlıdır ki, etiraz aksiyalarına sıravi vətəndaşlarla yanaşı, həm də ruhanilərin nümayəndələri də qatılıblar. Etirazçıların iddiasına görə, məhz II Qareginin ali dini rütbədən imtinası kilsə islahatlarına kömək edə bilər. Etirazçılar əsas kimi, II Qareginin katolikosluğu dövründə Ermənistan Apostol Kilsəsinin zəifləməsini göstərirlər. Daha bir maraqlı nüans isə baş nazir Nikol Paşinyanın açıqlaması ilə bağlıdır. Belə ki, etirazçıların tələbi ilə bağlı şərh verməkdən imtina edən erməni baş nazir dövlətin kilsənin işlərinə qarışmadığını bildirib.
Erməni Apostol Kilsəsinin qanunlarına görə, ölkənin Patriarx Katolikosu ömürlük olaraq seçilir. Onu da xatırladaq ki, 1999-cu ildən bu dini rütbənin daşıyıcısı olan II Garegin barədə Ermənistanda bəzi neqativ fikirlər səsləndirilməkdədir. Ən əsası isə ermənilər onu 2008-ci il hadisələri zamanı dinc sakinlərə qarşı edilən gülləbarana görə heç bağışlaya bilmirlər. Belə ki, verilən məlumata görə həmin ərəfədə mitinqçilərin güllələnməsinə din adamı II Garegin də razılıq verib. Xüsusən də sonuncu günaha görə katolikosun məsuliyyətə cəlb olunmasını tələb edənlər var.
Qeyd edilməlidir ki, hələ bir neçə il bundan əvvəl də sosial şəbəkədə fəaliyyət göstərən erməni vətəndaş təşəbbüsünün üzvləri "Biz Katolikosun istefasını tələb edirik" adlı xüsusi bir müraciət yaymışdılar. Həmin müraciətdə ermənilər katalikos II Gareginin istefası tələbinin səbəblərini də açıqlamışdılar. Belə ki, onlar II Garegini erməni kilsəsinin gələcəyinə təhlükə yaradan korrupsiyaya uğramış din xadimi kimi təqdim edirdilər. Bundan başqa onlar katolikosu erməni kilsəsi ilə xalq arsında böyük bir maneə yaratmaqda, kilsəyə güvənməyən və hörmətsizlik edən insanları ora toplamaqda, kilsə ilə hakimiyyət arasında yaranan qeyri-təbii və şübhəli «qardaşlıq»da və ən nəhayət bizneslə məşğul olmaqda ittiham edirdilər. Onu da bildirək ki, həmin ərəfədə erməni dini rəhbərə qarşı ittihamlarla çıxış edənlər Milli Kilsələr Şurasından bu məsələlərə dair yazılı izahat verməsini tələb edirdilər. Lakin həmin dövrdən bəri göndərilən suallar açıq olaraq qalır.
Sonda onu da qeyd edək ki, etirazçıların tələblərinə önəm verməyən Eçmiədzin katolikosu II Garegin istefa vermək niyyətində olmadığını bəyan edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Ermənilər: “Bizi alçaldırlar, bizsə gülümsəməkdə davam edirik”
23.06.2018
Atom Jandjugazyan: “Ermənistanda yaxın gələcəkdə pensiya və maaşlar artmayacaq”
22.06.2018
Baqrat Asatryan: “Bu gün Ermənistanda tərəqqi müşahidə edilmir“
21.06.2018
Nana Muradyan: ” Oğlumu yanacağın necə oğurlanaraq satıldığını gördüyünə görə öldürdülər”
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info