Əfşarlar tarixinin az tədqiq olunmuş dövrü haqqında yeni nəşr
Tarix: 11.06.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun həmmüəllifi olduqları “XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, nəşrdə Əfşarlar dövlətinin tarixində az tədqiq edilmiş dövr – Nadir şahın Bağdad yürüşləri araşdırılır. XVIII əsrin birinci yarısında Şərq dövlətləri arasındakı münasibətlər müstəvisində Əfşar-Osmanlı əlaqələri xüsusi diqqət çəkir. Nadir şahın türk dövlətləri ilə yeni diplomatiyası və dini reforma cəhdləri ikitərəfli münasibətlərin dostluq müstəvisinə keçməsi ilə nəticələnməsə də, bu iki dövlətin yaxınlaşmasında ilk və mühüm addım kimi dəyərləndirilə bilər. Kitabda Nadir şahın yeni tapılmış ərəb dilindəki fərmanlarının Azərbaycan və rus dillərində olan tərcümələri də yer alıb.
Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Teymur Kərimlidir. Əsərə filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov və tarix üzrə fəlsəfə doktoru Aynur Hacıqədirli rəy veriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info