“Vətən nəğməsi” layihəsinə başlanılıb
Tarix: 11.06.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“Vətən nəğməsi”- Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Milli Konservatoriyanın 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi yeni müştərək layihə belə adlanır.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çəkilişləri iyunun 11-də Milli Konservatoriya ərazisində aparılan layihədə AzTV-nin Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xoru, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, tanınmış incəsənət xadimləri, Milli Konservatoriyanın professor-müəllim heyəti, orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Musiqisi Tofiq Quliyevin, sözləri Vaqif Nəsibin olan “Vətən nəğməsi”ni Əməkdar Artist Ramil Qasımov səsləndirib. Layihənin ideya müəllifi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov, musiqi rəhbəri Xalq Artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Etibar Babayev, səs rejissoru Faiq Babayevdir.
Xatırladaq ki, bu, AzTV-nin son aylarda reallaşdırdığı üçüncü layihədir. Aprelin 12-də “Zəfərə doğru”, iyunun 1-də isə “Körpələrin səsi” klipləri tamaşaçılara təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info