“Ahaber.com.tr”: “Enerjinin İpək Yolu TANAP açılır”
Tarix: 11.06.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər



“Sabah.com.tr”:

“Cənub Qaz Dəhlizi layihəsi istər ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, istərsə də Avropanın enerji təhlükəsizliyinə təsir etməsi baxımından böyük önəm kəsb edir”

Nəhəng enerji layihəsi kimi bir çox dünya ölkələrinin diqqətində olan TANAP bu gün açılır. Dünya mətbuatının gündəmində əsas mövzulardan biri də məhz TANAP-ın açılışı ilə bağlıdır. Layihənin açılışında iştirakçı olacaq Türkiyənin, demək olar ki, əksər mediasında bu mövzu geniş işıqlandırılıb. Həmin yazılarda bu layihə, onun əhəmiyyəti, TANAP-la bağlı tanınmış şəxslərin fikirləri, eləcə də açılış mərasimi ilə bağlı fikirlər geniş yer alıb.
“Dunya.com” saytında “TANAP-ın açılışı üçün geri sayım başladı” adlı yazı dərc edilib. Burada göstərilir ki, Türkiyə və Azərbaycan tərəfindən tikintisi 3 ildir davam edən Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) açılış mərasimi olacaq. TANAP ilə Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz-2” qaz sahəsi və dənizin cənubundakı digər sahələrdə istehsal edilən təbii qazın ilk olaraq Türkiyəyə, sonra isə Avropaya daşınması hədəflənir. Eskişehirdə 12 iyunda Türkiyənin dövlət başçısının iştirakı ilə təşkil olunacaq açılış mərasiminə dost ölkələrdən dövlət və hökumət başçıları, enerji nazirləri, şirkət rəhbərləri və digər yüksəkvəzifəli şəxslər qatılacaqlar. Qeyd edilir ki, TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdahanın Posof qəsəbəsi Türkgözü kəndindən başlayaraq 20 vilayət və 67 qəsəbədən keçəcək. Ümumi uzunluğu 1850 kilometr olan TANAP Yunanıstan sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatacaq və buradan Avropa ölkələrində təbii qaz çatdıracaq TAP Təbii qaz Boru Xəttinə qoşulacaq. İlk mərhələdə Boru Xətləri ilə Neft Daşıma AŞ(BOTAŞ) Eskişehirdən 2019-cu ilin iyununa qədər 2 milyard kubmetr qaz ala biləcək və bu rəqəm hər il 2 milyard kubmetr artırılaraq 2021-ci ildə 6 milyard kubmetrə çatacaq. Yazıda TANAP-la bağlı memorandumun imzalanma, təməlatma mərasimi ilə bağlı fikirlər yer alıb, həmçinin qeyd edilir ki, layihədə 13 min nəfər işlə təmin edilib. Burada, həmçinin layihənin iqtisadi əhəmiyyəti, maliyyəsinin aşağı düşməsi ilə bağlı fikirlər yer alıb.
“Ahaber.com.tr”saytında isə “Enerjinin İpək Yolu TANAP açılır” bağlıqlı yazı dərc edilib. Burada layihənin tarixi və əhəmiyyəti ilə bağlı fikirlər yer alıb. Yazıda, həmçinin Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrağın TANAP-ın açılacağı tarixi ilk dəfə açıqladığında bu layihənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər yer alıb: “Türkiyə-Azərbaycanın birgə təşəbbüsü ilə bu güclü investisiya artıq həyata keçir. Necə? Sabitlik, güclü liderlik, “vizyon”. Türkiyə bununla, sadəcə, bölgə coğrafiyasında deyil, dünyada da sayılan model ölkələrdən biri olmaqla yanaşı, bu xəyal gerçək oldu. 12 iyunda bütün ortaqların iştirakı ilə açılışı olacaq və 25 iyun Türkiyənin hədəflərinə çatmaq üçün təşkil etdiyi bütün layihələri reallaşdırmaqla bağlı yeni başlanğıc dövrü olacaq. Daha çox gedəcəyimiz yol var”.

“Layihə bölgədə işbirliyi və qarşılıqlı etibarın genişlənməsini təmin edəcək”
“Sabah.com.tr”də “TANAP-ın açılışını Prezident Ərdoğan reallaşdıracaq” başlıqlı yazı dərc edilib. TANAP-ın fəaliyyət sahəsi, əhəmiyyətindən bəhs edən yazıda qeyd edilir ki, son illərdə birgə bir missiya ilə Xəzər hövzəsinin dünya ilə birləşməsini təmin edəcək böyük layihələrə imza atmış Azərbaycan, Türkiyə və Gürcüstan bölgədəki iş birliyini daha da irəlilətmək üçün cəhdlər göstərir. Qeyd edilir ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və təbii qaz boru xətti Bakı-Tbilisi-Qars dəmir yolunu təqib edən və Cənub Qaz Dəhlizinin bel sütununu təşkil edən TANAP bu cəhdlərin konkret misallarından biridir: “Cənub Qaz Dəhlizi layihələri istər ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, istərsə də Avropanın enerji təhlükəsizliyinə təsir etməsi baxımından böyük önəm kəsb edir. Xəzərin təbii sərvətlərinin dünya bazarlarına daşınması, bölgədə işbirliyi və qarşılıqlı etibarın genişlənməsini təmin edəcək”.
“Kibristime.com” saytında isə “Prezident Akıncı TANAP açılış mərasiminə qatılacaq” başlıqlı xəbərdə bildirilir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 12 iyunda Eskişehirdə təşkil olunacaq TANAP-ın açılış mərasiminə qatılacaq. Qeyd edək ki, TANAP-ın açılış mərasimi ilə bağlı Türkiyənin “Milliyet.com.tr” və “Haberturk.com” saytlarında: “TANAP-ın açılışına Türkiyə Prezidenti R.T.Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti G.Marqvelaşvili qatılacaq”, “Enerjiportalı.com”: “TANAP sabah Eskişehirdə açılacaq”, “Haberler.com”, “Gunaydinyozgat.com” saytlarında “Enerjinin İpek Yolu TANAP sabah açılacaq” , “Ekonomi.haber7.com”: “Dünyanın gözü orada”, “Trthaber.com”, “Akşam.com.tr”, “Bloomberght.com”, “Hurriyet.com.tr” saytlarında: “TANAP-ın açılışını Prezident Ərdoğan edəcək” başlıqlı yazılar da dərc edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info