Qar adam
Tarix: 11.06.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər



Qar adam

Tərtəmiz qar
yağır sevdamın üstə,
Bir uşaq o qardan adam düzəldir.
Heyrətlə dikilmiş
neçə cüt gözdə,
İnsanlıq görənin qəlbi gözəldir.

Qar adam, donuram, gəl sarıl mənə,
Qorxma, ərimərsən, sevgim sərindir.
Gəl bir az yaxınlaş, sarıl çiynimə,
Həsrətim zənnindən daha dərindir.

Dedilər; heç qardan adam olarmı?
Ürəyi buz olan səni yaratdım.
Günəşin doğuşu görən yorarmı?
Dünyamı uğrunda qara boyatdım.

Şaxta nəfəsinlə toxunsan mənə
Bumbuz gözlərinlə bax gözlərimə.
İnan ki, nəfəsin dəysə tənimə,
Ruhumun odundan söz açım sənə.

Qar adam, donuram, gəl sarıl mənə,
Sevginin alovu isitsin yenə.
Əllərim həsrətli qalmış əlinə,
Qucaqla, sevgilim, qucaqla yenə.

Bəd gözlər dikilmiş üzərimizə
Deyirlər; buz adam yaraşmır sənə.
Bilmirlər, şeh tutmuş hislərimizə,
Bahar gülü kimi vurğunam hələ.

Sevmirəm, sevgilim, aşiqəm sənə,
Sevgi nə çarədir eşqin yanında?
Yaz gəlsə, damcılar düşsə də belə,
Mən də suya dönüb qalam yanında.

Səma


Baxıram səmaya, məndən inciyib,
Masmavi gözünü qaçırdır elə.
Həssas buludları çoxdan bərkiyib,
Pambıqdan seçilməz olsa da belə .

Nədənsə hirslənib, çöhrəsi qara,
Qəzəbi böyüyüb, dönüb diyara.
Kənd-kənd, şəhər-şəhər, yol yara-yara,
Gəlmişəm qan-tərlə könül almağa.

Bir vaxtlar buz kimi saf yağmuruyla,
Bütün günahımı yuyardı səma.
Qupquru qurumuş hər damcısıyla,
Söndürsün ruhumu, qoymasın yana.

De mənə söylə ki, nədən küsmüsən,
Səbəblər səhvimi çırpmasın yerə.
Özgənin günahın məndən bilmisən,
Gün gələr ədalət məni də görər.

O gözlər dənizim, batmaq istərəm,
Qərq olum qəlbinin dərinliyinə.
Sahildə zərgərlə səni gözlərəm,
Qiymət qoya bilməyir cavahirinə.

Ey səma, yorğunam, yasdığım sən ol.
Başımı rahatca qoyum sinənə,
Sevgi istəmirəm sevgi deyil yol,
Yaxşısı, bir ovuc güvən ver mənə.

Gülbikə Bəbirli




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info