Erməni ekspert: “Köçəryan və Sarkisyan istintaqa ifadə verməlidirlər”
Tarix: 11.06.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


“Onların ifadə verməkdən yayınmaları mart hadisələrində günahlarının olması ilə bağlıdır”

“Birinci informasiya”: “Dağlıq Qarabağda hakimiyyəti ələ keçirmiş qüvvələr hərbi diktatura yaradaraq illərdir ki, xalqa qarşı cinayət həyata keçiriblər”

Paşinyan Ermənistanı düşdüyü ağır vəziyyətdən qurtarmaq istəyirsə, kriminal rejimin siyasətindən imtina etməlidir

Ermənistanda baş vermiş inqilab bu ölkə ilə bağlı real vəziyyətin daha geniş şəkildə ifşa olunması ilə də nəticələndi. Hakimiyyətə gəlmiş Nikol Paşinyanın və ona yaxın dairələrin dilindən səsləndirilən bəzi faktlar Ermənistanda acınacaqlı vəziyyət olduğunu, vətəndaşların adi hüquqlardan belə məhrum olduğunu, seçkilərin saxtalaşdırıldığını, əhalinin kütləvi şəkildə yoxsullaşdığını və miqrasiya etdiyini, qanunsuz həbslərin aparıldığını, insanların fiziki cəhətdən məhv edildiyini, hakimiyyətdə olan Köçəryan-Sarkisyan qruplaşmasını yaratdıqları kriminal xunta ilə ölkəni taladıqlarını təsdiqləmiş oldu.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanda olan bu vəziyyət illərdir ki, rəsmi Bakı tərəfindən müxtəlif dairələrdə səsləndirilir. Kriminal xunta həm Ermənistanı fəlakətə sürükləyir, həm də danışıqlar prosesini tormozlayırdı. Dəfələrlə olub ki, münaqişənin həlli ilə bağlı danışıqlarda müsbət irəliləyiş əldə olunması ehtimalı yarananda, Köçəryan, sonra isə Sarkisyanın rəhbərlik etdiyi kriminal rejiminin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hər şey fiasko ilə nəticələnib. İrəvanda hakimiyyətdə olmuş cinayətkar rejim uzun illərdir Ermənistan dövləti və xalqının maraqlarının əleyhinə siyasət həyata keçirərək şəxsi sərvətlərini artırmaqla məşğul olublar. Bu yaxınlarda Ermənistan mediası məlum 1 mart hadisələrinin arxasında Robert Köçəryanın dayandığını elan etdi. İstintaq orqanlarına ifadə verən şahidlərdən biri deyib ki, dinc aksiya iştirakçılarının atəşə tutulması əmrini Köçəryan verib. Köçəryanın ifadə üçün istintaqa çağırılacağının bildirilməsi mart hadisələri mövzusunu daha da aktuallaşdırıb. Xatırladaq ki, həmin vaxt keçirilən seçkilər zamanı Köçəryan prezident, Sarkisyan isə baş nazir idi. Seçkidən sonra Sarkisyan prezident seçildi. Seçkinin nəticələrinə etiraz edən aksiya iştirakçıları gülləbaran edilmiş, ondan çox adam qətlə yetirilmişdi. Təkcə elə bu fakt Köçəryan-Sarkisyan rejiminin kriminal xarakterini ortaya qoymaq üçün yetərlidir. Erməni ekspert Aram Amatuni “Birinci informasiya” saytında yazır ki, qanlı cinayətdə adları bu qədər çox hallanan Robert Köçəryan və yaxud da Sarkisyan könüllü şəkildə istintaqa ifadə verməlidirlər. Yazıda bildirilir ki, Köçəryan və Sarkisyanın ifadə verməkdən yayınmaları onların bu hadisələrdə günahlarının olması ilə bağlıdır. Rəsmi Bakının dəfələrlə səsləndiyi fikirlər reallıqda bir-bir təsdiqini tapmaqdadır. Ermənistanda hakimiyyətdə olmuş kriminal rejimlər bir-birini əvəzləyərək işğal siyasətini davam etdirməklə ölkənin bütün iqtisadi layihələrdən kənarda qalmasına səbəb olub. Nəhayət ki, bu reallıqlar erməni xalqını bezdirdi və Sarkisyan rejimi devrildi. İndi hakimiyyətə gəlmiş Paşinyan hökuməti ölkəni fəlakətli vəziyyətdən qurtarmaq istəyirsə, konstruktiv mövqe tutmalıdır. Bu, həm ölkə daxili, həm də ölkə xarici ilə bağlı siyasətə aiddir. Amma onun bəzi bəyanatları reallıqdan uzaqdır. Paşinyan Ermənistanı düşdüyü ağır vəziyyətdən qurtarmaq istəyirsə, kriminal rejimin siyasətindən imtina etməlidir. Ermənistanda olan ağır vəziyyət işğal altında olan Dağlıq Qarabağda da yaşanıb. Köçəryan və Sarkisyan Ermənistanda hakimiyyətdə Qarabağ klanını təmsil ediblər. Onlar özləri İrəvanda hakimiyyətdə olsalar da, Dağlıq Qarabağı da nəzarətlərində saxlayaraq orada da separatçı rejim vasitəsilə kriminal strukturlar formalaşdırıblar. Ermənistanda həyata keçirilən siyasət bir qədər kiçik miqyasda Dağlıq Qarabağda təkrarlanıb. Müəyyən qrupların əlində cəmləşən səlahiyyət ancaq onların varlanmasına xidmət edib. Sadə insanlar isə yoxsulluqdan əziyyət çəkiblər. Ona görə də Ermənistanda olan inqilabın dalğası Xankəndidən də yan keçmədi. Etiraz aksiyası keçirən Xankəndi sakinləri özlərinə ədalətli münasibət tələb ediblər. “Birinci informasiya” yazır ki, Dağlıq Qarabağda hakimiyyəti ələ keçirmiş qüvvələr illərdir ki, xalqa qarşı cinayət həyata keçiriblər. Sayt yazır ki, müharibədən sonra müəyyən qüvvələr separatçı rejimdə hakimiyyəti ələ keçiriblər. Sarkisyan, Babayan, Qukasyan, Köçəryan müxtəlif illərdə hərbi-siyasi rejimin formal və qeyri-formal lideri olublar: “Bu şəxslər 1992-ci ildən kənar qüvvələrin də yardımı ilə Dağlıq Qarabağda hərbi diktatura yaradıblar. Samvel Babayan bu rejimi hərbi-kriminal diktaturaya çevirdi. Sonradan onu əvəzləmiş Qukasyan diktaturanı başqa formada davam etdirdi”. Hakimiyyətin bir qrup tərəfindən qəsb edildiyini yazan sayt qeyd edir ki, həmin imtiyazlı qrupun sonu çatıb. Belə ki, Saakyan antiinsani olan həmin klanı idarəetmədən çıxarmalıdır. Onların İrəvandakı hamiləri artıq hakimiyyətdən uzaqlaşdırılıb. 25 illik ədalətsizliyin sona çatdığını qeyd edən sayt qeyd edir ki, həmin klan məsuliyyətə cəlb olunmalıdır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
06.08.2018
Vaaqn Xaçatryan: “Heç bir ölkə Ermənistana kredit vermək niyyətində deyil”
04.08.2018
Ermənistanda pensiyaların artımı gözlənilmir
30.07.2018
“Standard & Poor’s“: “Azərbaycan iqtisadiyyatı 2021-ci ilə qədər 3 faiz artacaq”
24.07.2018
“Azərbaycandan Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram”
24.07.2018
“Irates“: “Ermənistan rəsmilərini ABŞ və Kanadada ən aşağı səviyyədə qarşılayıblar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9858

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info