Avtobuslara bilet satışı üzrə vahid e-sistem tətbiq olunacaq
Tarix: 12.06.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək.” Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov məlumat verib. O bildirib ki, sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır. Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidənyayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Həbib Həsənov qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin tətbiqini planlaşdırılır. Ölkədə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə kompleks tədbirlər aparılır: "Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobuslar, minik avtomobilləri və taksilərin daha təhlükəsiz, rahat və nəzarət olunan hərəkətinin təmin edilməsi üçün yenidənqurma işləri görülür. Diqqət mərkəzində olan əsas məsələlər şəhərlərarası daşıma üçün dispetçer mərkəzinin yaradılması, həmçinin bilet satışı üzrə vahid elektron sistemin tətbiqi və onun digər nəqliyyat vasitələrinə bilet satışı sistemi ilə inteqrasiyasıdır". Xidmət rəisi qeyd edib ki, eyni zamanda şəhərlərarası və beynəlxalq avtobusların "avtovağzaldan avtovağzala" prinsipi ilə hərəkətinin təmin edilməsi üçün təkliflər zərfi də hazırlanır: "Bu tələbata uyğun olaraq Bakıda müxtəlif yerlərdə avtostansiyaların yaradılması işləri gedir". Avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində nəqliyyatın orta istismar müddətinin təxminən 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planının hazırlandığı və hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz avtonəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlərin görüləcəyi bildirilib.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info