“Qurtuluşun zəfər günü”
Tarix: 11.06.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşun zəfər günü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi ordumuzun günbəgün artan qüdrətindən xəbər verir-deyən rektor qüdrətli Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsinə təsadüf edən tarixi qələbə, Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
“Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyində rolu və yeri” adlı çıxışında Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli qeyd edib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu var. Bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Vurğulanıb ki, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərdən uğurla çıxılıb. Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
Səadət Əliyeva




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info