Kiçik və orta sahibkarlarla bağlı işçi qrup yaradılacaq
Tarix: 12.06.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun İdarə Heyətinin üzvlərini qəbul edib. “Caspian European Club”dan verilən məlumata görə, görüş zamanı birgə əməkdaşlıq imkanları, “Caspian European Club”un fəaliyyəti, həmçinin kiçik və orta biznesin inkişafı üzrə birgə planlar müzakirə olunub. O. Məmmədov Agentlik tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni strategiyanın həm maddi, həm də təşkilati baxımdan kiçik və orta biznes nümayəndələrinin mövqeyinin möhkəmlənməsinə imkan yaradacağından əminliyini ifadə edib. Görüş çərçivəsində kiçik və orta biznesi təmsil edən şirkətlərin problem, sual və təkliflərinin daha operativ müzakirəsi üçün birgə işçi qrupunun yaradılması qərara alınıb. O. Məmmədov bildirib ki, Agentlik tərəfindən xüsusi treninqlərin təşkili planlaşdırılır. Həmin treninqlər kiçik və orta biznes nümayəndələrini qanunvericilikdəki dəyişikliklər, dövlətin dəstək tədbirləri barədə məlumatlandıracaq, onların səmərəli fəaliyyəti üçün bilik və bacarıqlarının artırılmasına yönələcək. T. Əliyev birgə tərəfdaşlığın Azərbaycanda kiçik və orta sahibkarlığın daha da inkişafına imkan yaradacağına ümid bəslədiyini bildirib və “Caspian European Club”un da öz növbəsində Agentliklə səmərəli əməkdaşlıq üçün səylərini əsirgəməyəcəyini deyib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb
13.12.2018
Neftçala–Xol Qaraqaşlı yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info