Liseylərin V sinfinə qəbul üzrə elektron qeydiyyat başlanıb
Tarix: 12.06.2018 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanıb.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 saylı Texniki-Humanitar Lisey, 147 saylı Texniki-Humanitar Lisey və 291 saylı Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin “mektebeqebul.edu.az” saytında qeydiyyatı yolu ilə həyata keçirilir.
Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.
12 iyun tarixinə (09:30) olan məlumata əsasən elektron sistem (“mektebeqebul.edu.az”) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 saylı Texniki-Humanitar Liseyə, 110-u 147 saylı Texniki-Humanitar Liseyə, 158-i isə 291 saylı Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.
Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
23.05.2019
600 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info