Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı yazıçını mükafatlandırdı
Tarix: 12.06.2018 | Saat: 11:27:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Bununla əlaqədar Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Mədəniyyət Mərkəzinə məktub ünvanlayıb.
Fəxri Fərmanda qeyd olunur ki, iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsi, Özbək tarixinin, ədəbiyyatının fəal təbliği üçün, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfələrinə görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətin Fəxri Fərmanı ilə təltif olunub.
Qeyd edək ki, Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.
Ötən müddət ərzində Yunus Oğuzun “Əmir Teymur”, “Sultan Alp Arslan”, “Şah arvadı və Cadugər”, “Atabəy Eldəgiz” əsərləri Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunmuş, hazırda yazıçının aprel hadisələri haqqında “Ovçu” əsərinin Özbək dilinə çevrilməsi üzərində iş gedir.
Yazıçının kitablarının dəfələrlə Özbəkistanda – Daşkənd, Səmərqənd və Kokandda təqdimatları keçirilib.
Yunus Oğuzun “Əmir Teymur” əsəri Özbəkistanda böyük rezonans yaratmış və xalq arasında geniş yayılmışdır. Yazıçının əsərlərini Özbəkistan nəşriyyattları ən çox satılan nəşr kimi geniş tirajlanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info