Beş ayda AZAL 1,5 mln. sərnişinə xidmət göstərib
Tarix: 12.06.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportu (AZAL) 2018-ci ilin ilk beş ayı ərzində 1,56 mln. sərnişinə xidmət göstərib.
 
“AZAL”dan verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 1 % çoxdur. 
 
AZAL milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşüb.
 
Ümumi sərnişin dövriyyəsinin 86%-i, 1 mln. 343 min sərnişin beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 31%-i AZAL-ın,  13%-i  isə “Buta Airways”in payına düşüb. 
 
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 mln. 22 min sərnişin uçub. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti “Gulf Air” Bakıya uçuşlar yerinə yetirməyə başlanıb.
 
Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
 
2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"ın ən yüksək 5 ulduzuna layiq görülüb.
 
Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb
13.12.2018
Neftçala–Xol Qaraqaşlı yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info