QTA: “Qeyri-qanuni ət kəsimi və satışı küçələrdən yığışdırılacaq”
Tarix: 12.06.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


"Azərbaycan Prezidentinin dünən imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində iri və xırdabuynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsimi məntəqələrində həyata keçiriləcək".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli deyib.
O bildirib ki, həmin məntəqələrin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib: "Həm şəhər, həm də rayonlardakı əhalinin sayına görə, həm də orda yerləşən heyvandarlıq təsərrüfatlarına görə hər bir zonada neçə ət kəsimi məntəqəsinin fəaliyyətə başlayacağı müəyyən olunacaq".
Direktor iş adamlarına da müraciət edərək deyib ki, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar Agentliyə müraciət edə bilərlər: "Bu iş inzibati qaydada deyil, mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin sayı və onların sanitar-gigiyenik vəziyyəti monitorinq olunacaq. Azərbaycan ərazisində nə qədər ət kəsimi məntəqəsinə ehtiyac olduğu müəyyənləşdiriləcək. Azərbaycanda xırda və iribuynuzlu heyvanların bütün baytarlıq-sanitar və sanitar-gigiyenik normalara və qaydalara əməl olunmaqla kəsimi və satışı təmin olunduqdan sonra küçə və meydançalardan qeyri-qanuni ət kəsimi və satışı yığışdırılacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info