ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Azərbaycanla bağlı bəyanat verib
Tarix: 12.06.2018 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü, Demokratlar Partiyasından Texas ştatını təmsil edən Yucin Qrin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanat verib.
Konqresmen bəyanatda Azərbaycana və bütün azərbaycanlılara yubiley münasibətilə təbriklərini izhar edir.
Konqresmen Qrin 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya imperiyasından müstəqillik əldə etdiyini və müsəlman dünyasında ilk demokratik dövlət kimi bərqərar olduğunu diqqətə çatdırır. İlk müstəqilliyin qısa olmasına və ona Rusiyanın 1920-ci il işğalı nəticəsində son qoyulmasına baxmayaraq, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edib və o zamandan etibarən ABŞ-ın Cənubi Qafqazda əhəmiyyətli müttəfiqidir.
Bəyanatda diqqətə çatdırılır ki, təmsil etdiyi Hyuston kimi, Azərbaycanın da dərin təsir bağışlayan iqtisadi inkişafı neft və qaz sənayesi ilə bağlıdır. Bu sənayenin təkamülü ölkənin formalaşmasına təsir edib. Bir sıra ABŞ və beynəlxalq enerji şirkətləri Azərbaycanda və Xəzər dənizi hövzəsində fəaliyyət göstərir. Azərbaycanın enerji infrastrukturunun sürətli inkişafı və bu sahədə səriştəsi onun Avropaya enerji resurslarının sabit və kifayət qədər ixracı yolu ilə Avropanın enerji təhlükəsizliyinin və ABŞ-ın geosiyasi maraqlarının təmin edilməsində əsas rol oynamasına imkan yaratdığı vurğulanır.
Azərbaycanın dünyəvi müsəlman ölkə kimi qadınlara bərabər siyasi hüquqların verilməsində ilk dövlətlərdən olduğu, 1918-ci ildə qadınları səsvermə hüququ ilə təmin edən ilk müsəlman dövlət kimi formalaşdığı qeyd olunur. 11 sentyabr hadisələrindən sonra, Azərbaycanın ABŞ üçün terrorçuluqla mübarizə sahəsində vacib tərəfdaş olduğu, beynəlxalq terrorçuluqla mübarizə koalisiyasında iştirak etdiyi, habelə ABŞ-ın Əfqanıstanda, Balkan yarımadasında və İraqda rəhbərlik etdiyi hərbi səylərə dəstək vermək məqsədilə öz qüvvələrini göndərdiyi xüsusi vurğulanır.
Konqresmen Qrin bəyanatda bildirir ki, Azərbaycan qlobal təhlükəsizliyin və dünya miqyasında diplomatik əməkdaşlığın tərəqqisi üçün əhəmiyyətli dövlətlərdəndir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusa, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyə sahiblənib, ATƏT və NATO Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür.
Sonda Azərbaycan xalqına yubiley münasibətilə təbriklər çatdırılır və növbəti 100 illiklər boyu tərəqqi və müvəffəqiyyət arzu olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Koreya səfirliyi Xalq Cümhuriyyətinin 100 illiyinə aid diplomatiya seminarı keçirəcək
25.06.2018
“Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi”
25.06.2018
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
24.06.2018
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
24.06.2018
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9460

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info