Folklor kollektivlərinin fəaliyyətinə dair müzakirələr aparılıb
Tarix: 12.06.2018 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə birgə iyunun 12-də ölkəmizdəki folklor kollektivlərinin fəaliyyətinə dair seminar keçirib.
AZƏRTAC xəbər verir ki, AMEA-da keçirilən seminarda mərkəzin direktoru Asif Usubəliyev folklorun cəmiyyətdə rolundan danışıb, mövzunun aktuallığını qeyd edib. Bildirilib ki, tədbir milli dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədlərinə xidmət edir. Əsas hədəf bu kollektivlərin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaqdır.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Folklor kollektivləri: problemlər, mülahizələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bu seminar folklorşünasların da elmi tədqiqatları üçün mühüm vasitədir. M.İmanov folklorşünasların regionlarda folklor kollektivlərinə istiqamət vermələrinin vacibliyini diqqətə çatdırıb.
Seminarda ”Cənub bölgəsində “Halay” folklor qrupu”, “Azərbaycan folklor kollektivlərinin repertuar məsələləri”, “Folklor irsinin yaranmasında bədii kollektivlərin rolu”, “Azərbaycanda azsaylı xalqların folklor kollektivlərinin mövcud problemləri”, “Folklor kollektivlərinin inkişafında ekspedisiyaların rolu” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Fiziki məhdudiyyəti olanların yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
20.08.2018
Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20.08.2018
UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9916

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info