KİV nümayəndələri ADU-da imtahanların gedişatını izləyiblər
Tarix: 12.06.2018 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. “Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “İki sahil”, “525-ci qəzet”, “Həftə içi” qəzetlərinin, Moderator.az, Axar.az, Azedu.az, Tehsil-press.az və digər saytların nümayəndələri imtahan otaqlarına baxış keçirərək, imtahanın gedişatı ilə tanış olublar. Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. Universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Ə.Abdullayev bildirib ki, 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb: “İmtahan sessiyası əyani şöbədə 1 iyun 2018-ci il tarixində başlayıb, 7 iyul 2018-ci ilədək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib”. O, qeyd edib ki, əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını təmin etmək kimi məsələlər də nəzərdə tutulub. Ə.Abdullayev vurğulayıb ki, ADU-da 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir, eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Ə.Abdullayev imtahanların təşkili, yoxlama prosesi, biletlərin strukturu haqqında danışıb. Prorektor, həmçinin imtahan nəticələrindən narazı olan tələbələrin apelyasiya şikayəti vermək hüquqlarından söz açıb. O, ADU-nun qapılarının daim hər kəs üçün açıq olduğunu deyib: “Bu universitet həmişə açıq olub. Növbəti günlərdə də valideynlər imtahan prosesini izləyəcəklər. ADU-nun Tələbə Gənclər Təşkilatı bu prosesdə yaxından iştirak edir”
Tural




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib
23.06.2018
Namiq Əliyev: “Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır ”
23.06.2018
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib (Yenilənib)
22.06.2018
“Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir”
22.06.2018
Bilik Fondu Folklor İnstitutunda

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9447

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info