“Qurtuluşdan İntibaha”
Tarix: 12.06.2018 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan İntibaha” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, ziyalılar, universitetin müəllimləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ADPU-nun Heydər Əliyev Muzeyi ilə tanış olublar, sonra tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam etdirilib. Toplantı iştirakçıları öncə “Səs” Media Qrupunun hazırladığı “Qurtuluşdan İntibaha” adlı filmə tamaşa ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov şərəfli, qürurverici dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyunun əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırıldı, sabitlik təmin edildi və iqtisadi inkişafa, tərəqqiyə nail olundu.
Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kursu və strateji xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, ölkəmiz sürətlə inkişaf edir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Dahi dövlət xadiminin yenidən hakimiyyətə qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı. Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi.
“Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionda və dünyada nüfuzunun daha da artdığını bildirib.
Baş redaktor bildirib ki, 1992-ci ildə ziyalıların xalqın adından "Səs" qəzeti vasitəsilə ümummilli lider Heydər Əliyevə müraciəti oldu. Həmin vaxtlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət edildi. Ulu Öndər ziyalıların müraciətinə yenə də "Səs" qəzeti vasitəsilə cavab verərək ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərib.
B.Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev xarizmatik bir lider olaraq Azərbaycanı qarşılaşdığı təhlükə və faciələrdən xilas etdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında layiqincə tanıtdı. Bu gün dövlət başçımız İlham Əliyevin müstəqil və uğurlu xarici siyasət həyata keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edib, ölkəmiz dünya birliyinin layiqli tərəfdaşlarından birinə çevrilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib
23.06.2018
Namiq Əliyev: “Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır ”
23.06.2018
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi qeyd edilib (Yenilənib)
22.06.2018
“Sevindirici haldır ki, QHT-lərin 99 faizi dövlətçiliyi təbliğ edir”
22.06.2018
Bilik Fondu Folklor İnstitutunda

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9447

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info