Vergilər Nazirliyinin xətti ilə daxilolmalar üzrə proqnoz 6% artırılır
Tarix: 12.06.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 380 mln. manat təşkil edəcək ki, bu da 2017-ciilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 mln. manat və ya 5,8% çoxdur.

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsaəsn, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və ya 3,7%, 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 27 mln. manat və ya 17% azdır.
Vergilər Nazirliyinin xətti ilə bəzi tədiyyə növləri üzrə gəlirlər aşağıdakı kimi proqnozlaşdırılır:
- hüquqi şəxslərin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş proqnoz 2 mlrd. 533 mln. manat olacaq ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 213 mln. manat və ya 9,2% çoxdur. Nəzərdə tutulan daxilolmaların 1 mlrd. 347 mln. manatı qeyri-neft sektorundan, 1 mlrd. 186 mln. manatı neft sektorundan gözlənilir.

- əlavə dəyər vergisi üzrə 1 mlrd. 813 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 770 mln. manat və ya 29,8% azdır. Nəzərdə tutulan daxilolmaların 1mlrd. 486 mln. manatı qeyri-neft sektorunun, 327 mln. manatı neft sektorunun payına düşür.
- dövlət rüsumu üzrə proqnoz 142 mln. manat nəzərədə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 30 mln. manat və ya 26,8% çoxdur. Artımın səbəbi "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi nəticəsində fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların, minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmalarına, habelə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz markasının verilməsinə görə dövlət rüsumlarının tətbiqindən əlavə vəsaitlərin daxilolmasının nəzərdə tutulmasıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info