“Eurasianet.org“ portalından Dağlıq Qarabağa səfərlə bağlı XİN-ə iki rəsmi məktub daxil olub”
Tarix: 12.06.2018 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Eurasianet.org” portalında Azərbaycanla əlaqədar çıxan materiallarla əksər hallarda razılaşmamağımıza və qərəzli hesab etməyimizə baxmayaraq, işğal olunmuş ərazilərə jurnalist qismində səfər etmək üçün "Eurasianet.org" tərəfindən Azərbaycana əvvəlcədən rəsmi müraciət edildiyini, ölkəmizin qanunlarına və ərazi bütövlüyünə hörmət ifadə olunduğunu nəzərə alaraq, media azadlığına hörmət prinsipi əsasında sözügedən jurnalistin səfərinə etiraz edilməyib.
Bunu “Eurasianet.org” portalının müxbiri Joşua Kuçeranın özünəməxsus sosial şəbəkələrdə işğal olunmuş ərazilərimizə səfər etdiyi barədə məlumatına münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.
H.Hacıyev bildirib: "Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalının Baş direktoru David Trillinqin imzası ilə Qafqaz regionu üzrə redaktor Coşua Küçeranın 2-9 iyun tarixlərində Dağlıq Qarabağa səfər etmək niyyəti barəsində 25 və 30 may tarixlərində XİN-nə iki rəsmi məktub daxil olub. Məktubda Azərbaycanın qanunlarına hörmət edildiyi və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı qeyd olunub. Həmçinin məktubda bu səfərin heç bir halda Qarabağın hər hansı bir statusunun tanınması və ya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik mənası daşımadığı qeyd olunub.
“Eurasianet.org” portalının sözügedən məktubları Azərbaycan Respublikası ərazisində xarici KİV nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya müraciəti kimi qəbul olunub".




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info