Qazın qiyməti artdı, Paşinyan batdı..
Tarix: 12.06.2018 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Moskva təbii qazın qiymətini artırmaqla Ermənistanın yeni hökumətini sınağa çəkəcək

Biz hələ bir müddət bundan əvvəl bəzi erməni siyasətçilərinə istinadən baş nazir Paşinyanın özünün yüksək iddialarının qurbanına çevrilə biləcəyini xatırlatmışdıq. O, Avropa idealları ilə bağlı xalqa verdiyi vədlərə, bəlkə də, heç özü də inanmırdı. Artıq bir aydır ki, hakimiyyətə gələn Paşinyanın, deyəsən, başından hələ də inqilabın ovqatı çıxmayıb. Xalq isə hələ də gözləyir. Əvvəlki hakimiyyətdən əldə edə bilmədikləri yaxşı yaşayışı indiki hakimiyyətdən gözləməkdədir. Bildirək ki, artıq bəzi erməni siyasətçiləri də Paşinyanın Moskva ilə, tədricən də olsa, bütün körpüləri yandırıb, Avropaya üz tutmasının İrəvan üçün o qədər də yaxşı nəticə verməyəcəyini etiraf edirlər. Onlar əsas kimi, Ukraynadakı yaşantıları göstərirlər. Belə ki, vaxtilə böyük ümidlərlə Avropaya üz tutuan Kiyev sonradan Rusiya ilə üz-üzə qaldı. Avropadan gözləntiləri isə bəzi istisnalarla, boş vədlərlə sonuclandı. Bunu artıq ermənilər də anlamağa başlayıblar.

Ermənistan alternativ kimi nəzərdə tutduğu İran qazından da istifadə edə bilməz. Çünki Ermənistanın qaz təchizatı və qaz paylama sistemi Rusiyanın "Qazprom" şirkətinin mülkiyyətindədir.

Rusiyanın öz müttəfiqlərinə təbii qazla təzyiq göstərməsi elə də bir yenilik deyil. İndi ermənilərin «Jamanak» nəşrinin Moskvanın Ermənistana satdığı qazın qiymətini yenidən nəzərdən keçirməsi barədə yazdıqlarını vaxtilə Ukrayna da yaşayıb. Beləliklə, erməni nəşri Ermənistana satdığı hər min kubmetr qaz üçün 150 dollar qiymət qoyan Moskvanın 2018-ci ilin sonundan bu qiyməti yenidən nəzərdən keçirə biləcəyinə eyham vurması bərədə xəbər verir: «Qazın qiymətinin dəyişə biləcəyinə işarə edən Rusiya, bununla Ermənistanın hökumətinə təzyiq göstərməyə çalışır. Moskvanın belə bir addım atmasının nəyə hesablandığı da məlumdur. Əgər Moskva qazın qiymətini artırsa, bu, təbii ki, mövcud hökumətin reytinqinə mənfi təsir göstərə bilər»-deyə nəşr yazır. Nəşrin yazdığından belə məlum olur ki, əgər Ermənistana verilən qazın qiyməti artırılsa, Paşinyan batacaq.
Məsələ bundadır ki, Ermənistan alternativ kimi nəzərdə tutduğu İran qazından da istifadə edə bilməz. Çünki Ermənistanın qaz təchizatı və qaz paylama sistemi Rusiyanın "Qazprom" şirkətinin mülkiyyətindədir.

“Paşinyan hakimiyyətə gələndən əməkhaqqımız azalıb”

Qeyd edək ki, ermənilərə böyük vədlər verən Paşinyanın siyasətdəki səbatsızlığı artıq hakimiyyətdə olduğu qısa bir müddətdə özünü büruzə verməkdədir. Belə ki, erməni əhalisinin yaşam tərzində hələ də elə bir yenilik nəzərə çarpmamaqdadır. Bunu ötən gün Texut QSC yolunu bağlayan Şnox kəndi sakinlərinin iş tələbi sübut edir. Onlar işsizlikdən, banka olan borclarını qaytara bilmədiklərindən şikayətçidirlər. Qeyd edək ki, aşağı həyat səviyyəsi Ermənistanın kəndləri ilə yanaşı, şəhərlərində də müşahidə edilməkdədir. Məsələn, «Aysor» saytı İrəvandakı ən böyük ticarət mərkəzlərindən biri olan ««İrəvan siti»də ticarət və əmək haqqının həcminin azalması barədə məlumat yayıb.

"Artıq ticarət mərkəzlərinə gələnlərin sayı xeyli azalıb. Ona görə də190 min dramlıq əmək haqqının əvəzinə 90 min dram maaş alırdıq. Lakin Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra bizə 45 min dram verir və nadir hallarda işə çağırırlar" .


Sayta danışan ticarət mərkəzinin əməkdaşı, bunu Paşinyan hökumətinin yararsız fəaliyyəti ilə əlaqələndirib: «Artıq ticarət mərkəzlərinə gələnlərin sayı xeyli azalıb. Ona görə də190 min dramlıq əmək haqqının əvəzinə 90 min dram maaş alırdıq. Lakin Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra bizə 45 min dram verir və nadir hallarda işə çağırırlar. Onlar bunu heç bir iş olmadığı ilə izah edirlər».

II Gareginin istefasını tələb edən aksiya davam edir
Bu arada bildirək ki, İrəvanda Katolikos II Gareginin istefası ilə bağlı tələb davam etməkdədir. Bunu isə «News. am» saytı yazır. Belə ki, saytın yazdığına görə, dünən səhərdən etirazçılar Müqəddəs Anna kilsəsinin həyətinə toplaşıblar. Onlar mitinqdən sonra "Yeni Ermənistanın yeni Katolikosu" tələbi ilə yürüşə başlayıblar. Qeyd edək ki, İrəvandakı Müqəddəs Qriqor Lusavoriç kilsəsi ətrafındakı yürüş Katolikosun tərəfdarları ilə etiraçılar arasında dava ilə müşahidə edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib
16.10.2018
Nikol Paşinyan istefa verib
16.10.2018
“ABŞ administrasiyası Ermənistanın yeni rəhbərliyini dəstəkləmir”
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
13.10.2018
Koçaryan: “Parlament seçkiləri Paşinyan üçün “zəfər”, dövlətçilik üçün ciddi bir məğlubiyyət olacaq“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info