Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilib
Tarix: 13.06.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilibNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar keçirib. Sözügedən tədbir Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin davamı olaraq təşkil olunub. İnteraktiv şəkildə aparılan seminarda internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub. Tədbirdə bildirilib ki, “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidmət sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb səhifələr istifadəçilər tərəfindən filtrasiya edilir. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytların girişinə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır. Qeyd edək ki, “Aztelekom” MMC bu istiqamətdə tədbirlərin təşkilini davam etdirməyi nəzərdə tutur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info