“Son zəng“ tədbirləri yalnız məktəb daxilində və iki saat ərzində keçirilməlidir
Tarix: 13.06.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“İyunun 14-də Bakının bütün məktəblərində "Son zəng" tədbirləri keçiriləcək. Bu tədbirlər yalnız məktəb daxilində və iki saat ərzində keçirilməlidir.” Bu fikri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edir: “Hesab edirəm ki, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək. Bu il Bakı məktəblərində 11-ci sinfi təxminən 26 min şagird, 9-cu sinfi isə 27 min nəfərdən artıq şagird bitirir. İyunun 21-də Bakıda həm 9-cu, həm də 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcəklər. Həmçinin istər yerli, istər beynəlxalq nüfuzlu ali məktəblərə qəbul olunan və xüsusi nəticələri ilə seçilən şagirdlərimiz var. Bu hal bizi sevindirir. Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarının iki mərhələdə keçirilməsi abituriyentlər üçün çox geniş imkanlar yaradır. Ümid edirik ki, şagirdlərin göstəriciləri daha da yaxşılaşacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info