Avropa sammitin qisasını alır: Rusiya ilə anlaşma yolu seçilib
Tarix: 13.06.2018 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Vaşinqtonun başının Şimali Koreyaya qarışdığı bir vaxtda Berlində Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü”nün görüşü keçirilib

“Müxtəlif məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq. Buna qüvvələrin geri çəkilməsi, ağır silahların cəbhə xəttindən çıxarılması, minalardan təmizlənmə prosesi, ATƏT müşahidəçilərinin müdafiəsi və onların müvafiq ərazilərə daxil ola bilməsi daxildir”

Frans Timmermans: “Kanadada keçirilən sammit bir daha göstərib ki, Avropa taleyini öz əlinə almalıdır”

G-7 ölkələrinin son Kanada sammitindən sonra ABŞ-la Avropa arasında olan ziddiyyətlər bir qədər də dərinləşib. Avropa liderlərinin Trampla ümumi dil tapa bilməməsi, beynəlxalq iqtisadi məsələlərlə bağlı fərqli mövqelərin ortaya çıxması tərəflərin sammitdən məyus ayrılması ilə nəticələnmişdi. Ən çox məyus olan tərəf isə Avropa oldu. Avropa mediası yazır ki, həmin sammit, əslində, “G-6” + Tramp sammiti idi. Belə sammitlərin tarixində, az qala, ilk dəfə belə hal yaşanıb ki, ümumi mövqe ortaya qoymaq mümkün olmayıb. Səbəb Avropanın təklif etdiyi bütün məsələlərlə bağlı Trampın tam fərqli mövqe ortaya qoyması olub. Əsas həlledici məqamlarda ABŞ Avropanın əksinə olan mövqeni dəstəkləyib. Elə Trampın görüşü başa çatmamış tərk etməsi də sammitin nəticəsini sual altında qoyur. Avropa Komissiyasının sədr müavini Frans Timmermans dünən Avropa Parlamentindəki çıxışında sammitə də toxunub. Timmermans qeyd edib ki, Kanadada keçirilən sammit bir daha göstərib ki, Avropa taleyini öz əlinə almalıdır: “Amma dünya müharibəsindən sonra yaranan dünya nizamının dağıldığını demək olmaz. Onu da bildirməliyəm ki, 1945-ci ildən sonra ilk dəfədir ki, ABŞ prezidenti Avropanın birliyinin və transatlantik əməkdaşlığın möhkəmlənməsinin Amerikanın strateji marağında olmadığını düşünür. Bu isə onu göstərir ki, Avropa öz taleyi ilə bağlı qərarları özü verməli və bunu edə biləcəyinə inanmalıdır”. Sammitdən sonra ABŞ-ın əsas gündəmi Şimali Koreya ilə bağlıdır. ABŞ və Şimali Koreya dövlət başçıları arasında keçirilən görüş dünya mediasının bir nömrəli xəbərinə çevrilib. Amma Avropa dövlətləri də boş oturmayaraq Vaşinqtonun başının Şimali Koreya qarışdığı bir vaxtda sakit bir şəkildə Ukrayna məsələsi ilə bağlı Rusiya ilə anlaşmağa başlayıb. Belə ki, Berlində Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşü keçirilib. Sergey Lavrov, Hayko Maas, Jan-İv Le Drian və Pavel Klimkin arasında keçirilən danışıqlar 5 saata yaxın davam edib. Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra nazirlər işçi şam yeməyi formatında müxtəlif məsələləri müzakirə ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Berlində keçirilmiş görüşün nəticələrini şərh edərkən deyib ki, Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” XİN rəhbərlərinin görüşündə siyasi islahatlar və iqtisadi məsələlər müzakirə olunub: “Əlbəttə ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı bütün problemləri həll edə bilmədik. Bununla belə, düşünürəm ki, görüş çox faydalı oldu". Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, siyasi islahatlar, iqtisadiyyat, humanitar problemlər sahəsində vəziyyəti müzakirə ediblər. UNN agentliyinin verdiyi xəbərə görə, Almaniyanın xarici işlər naziri Hayko Maas isə bəyan edib ki, “Normand dördlüyü” ölkələrinin XİN rəhbərləri Berlində detallı, konstruktiv və açıq dialoq aparıblar: “Müxtəlif məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq. Bütün tərəflər bir daha atəşkəs rejiminə sadiq olduqlarını bildiriblər. Buna qüvvələrin geri çəkilməsi, ağır silahların cəbhə xəttindən çıxarılması, minalardan təmizlənmə prosesi, ATƏT müşahidəçilərinin müdafiəsi və onların müvafiq ərazilərə daxil ola bilməsi daxildir. O ki qaldı siyasi məsələlərə, Donbasda yerli seçkilərin keçirilməsi ilə bağlı 2016-cı ildə dayandırılan məsləhətləşmələrin bərpasına dair razılığa gəlinib”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info