“Qurtuluşdan İntibaha”
Tarix: 13.06.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan İntibaha” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, ziyalılar, universitetin müəllimləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ADPU-nun Heydər Əliyev Muzeyi ilə tanış olublar, sonra tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam etdirilib. Toplantı iştirakçıları öncə “Səs” Media Qrupunun hazırladığı “Qurtuluşdan İntibaha” adlı filmə tamaşa ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov şərəfli, qürurverici dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırıldı, sabitlik təmin edildi və iqtisadi inkişafa, tərəqqiyə nail olundu.
Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu öndərin müəyyən etdiyi müdrik siyasi kursu və strateji xətti Prezident İlham Əliyev uğurla davam etdirir, ölkəmiz sürətlə inkişaf edir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Dahi dövlət xadiminin yenidən hakimiyyətə qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı. Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi.
“Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionda və dünyada nüfuzunun daha da artdığını bildirib.
Baş redaktor bildirib ki, 1992-ci ildə ziyalıların xalqın adından "Səs" qəzeti vasitəsilə ümummilli lider Heydər Əliyevə müraciəti oldu. Həmin vaxtlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət edildi. Ulu öndər ziyalıların müraciətinə yenə də "Səs" qəzeti vasitəsilə cavab verərək ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərib.
B.Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev xarizmatik bir lider olaraq Azərbaycanı qarşılaşdığı təhlükə və faciələrdən xilas etdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında layiqincə tanıtdı. Bu gün dövlət başçımız İlham Əliyevin müstəqil və uğurlu xarici siyasət həyata keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edib, ölkəmiz dünya birliyinin layiqli tərəfdaşlarından birinə çevrilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib
18.05.2019
Daşkənddə “ASAN xidmət”in fəaliyyəti haqqında məlumat verilib
17.05.2019
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
17.05.2019
Binəqədidə sakinlərin problemləri müzakirə olunub
17.05.2019
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info