İsveçrəyə ixrac missiyası təşkil ediləcək
Tarix: 12.06.2018 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Rüfət Məmmədov: “İlin əvvəlindən indiyədək ixracatçılara 1 milyon 745 min manatdan çox ixrac təşviqi ödənilib. Nəticədə 23 milyon 200 min dollar məbləğində qeyri-neft məhsulları ixrac olunub”

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Rüfət Məmmədov deyib ki, bu ilin dörd ayında qeyri-neft ixracı 19,3 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracı 12,9 faiz, sənaye məhsullarının ixracı 23,65 faiz artıb. Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycandan 1936 adda məhsul ixrac olunur. İndiyədək İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ixrac təşviqinin alınması üçün 319 müraciət olub. Nazir müavini qeyd edib ki, ilin əvvəlindən indiyədək ixracatçılara 1 milyon 745 min manatdan çox ixrac təşviqi ödənilib. Nəticədə 23 milyon 200 min dollar məbləğində qeyri-neft məhsulları ixrac olunub.

İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 milyon manatlıq müqavilə imzalanıb və artıq 4 milyon manata yaxın məhsul ixrac olunub

AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2018-ci ilin yanvar ayından etibarən 33 tədbir və ikitərəfli görüş təşkil olunub. Bu ilin əvvəlindən 4 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 5 Anlaşma Memorandumu imzalanıb. 2018-ci ilin əvvəlindən İxracatçılar Klubunun 4 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib. Ümumilikdə isə, indiyədək bu ixrac təşviqi ilə bağlı sahibkarlara 5,3 mln. manat ödənilib.
Mətbuat konfransında bildirilib ki, 2018-ci ilin yanvar-may ayları ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiyanın Həştərxan vilayətinə ixrac missiyası təşkil olunub. İxrac missiyasında tikinti materialları, tekstil, qənnadı məhsulları, meyvə-tərəvəz, təbii mineral sular və limonadlar, meyvə şirələri və s. sahələr üzrə 30-dan çox yerli şirkətin nümayəndəsi iştirak edib.
Bundan əlavə, ilin əvvəlindən Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə 4 sərgidə iştirakı təmin olunub. Belə ki, Azərbaycan şirkətləri Moskvada keçirilən “Prodexpo 2018”, Dubayda “Gulfood 2018”, Çin Xalq Respublikasının Şanxay şəhərində “Sial China 2018” və Berlində “Fruit Logistica 2018” beynəlxalq ərzaq sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak ediblər. 2018-ci ilin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 milyon manatlıq müqavilə imzalanıb və artıq 4 milyon manata yaxın məhsul ixrac olunub.

Bu il 13 ixrac missiyasının təşkili nəzərdə tutulur

Diqqətə çatdırılıb ki, AZPROMO Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Belə ki, məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədi ilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq, dövlət başçısının 11 yanvar 2018-ci il tarixli fərmanına əsasən, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. Ümumilikdə, bu il 13 ixrac missiyasının təşkili nəzərdə tutulur. İxrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb. Yusif Abdullayev deyib ki, iyunun 25-29-da İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərinə ixrac missiyası təşkil ediləcək. Bu ixrac missiyasında, əsasən, fındıq ixracatçıları iştirak edəcək. Ötən il Azərbaycanda 21 min tona yaxın fındıq ixrac olunub. Çin, Qazaxıstan, Rusiya, Fransa, Monqolustan, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də ixrac missiyalarının təşkili nəzərdə tutulur.
Bütün bunlar isə Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin genişlənməsinə, qeyri-neft məhsullarının ixracının artmasına, xarici ölkələrə ixrac missiyalarının və Azərbaycana alıcı missiyalarının səmərəli təşkilinə geniş imkanlar yaradır. Hazırda Azərbaycana alıcı missiyalarının təşkili üçün hazırlıq tədbirləri görülür.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.06.2018
Neft hasilatının artırılması qərarını Azərbaycan da dəstəkləyib
23.06.2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib
22.06.2018
“Azərbaycan İpək Yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir”
22.06.2018
OPEC: Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 milyon barel çox olacaq
22.06.2018
“Türk Hava Yolları“ istiqamətlərin sayını 304-ə çatdırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info