“Biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq”
Tarix: 13.06.2018 | Saat: 01:44:00 | E-mail | Çapa göndər



Dünyada XXI əsrin layihəsi kimi tanınan nəhəng TANAP layihəsinin açılışı reallaşdı. Həm Azərbaycan, həm də region üçün əhəmiyyətli layihələrdən biri hesab olunan TANAP-ın ərsəyə gəlməsinin təşəbbüskarı dövlətimizin başçısı İlham Əliyevdir. Təbii ki, bu cür layihələr təkcə region dövlətləri ilə məhdudlaşmır, eyni zamanda Avropa ölkələri bu layihələrdən faydalanan və qazanan ölkələr sırasındadır. TANAP Azərbaycanın dünya enerji bazarında mövqeyini möhkəmləndirməklə enerji layihələrinə maraq göstərənlərin də sayını artıracaq. Bu baxımdan TANAP kifayət qədər əhəmiyyətli layihə kimi ilk vaxtlardan diqqəti cəlb edir. Layihənin gətirəcəyi böyük iqtisadi dividendlərin ölkəmizin və layihənin tərəfdaş ölkələrinin iqtisadiyyatının güclənməsinə böyük təsirləri olacaq. Digər ölkələrin TANAP və TAP layihələrindən istifadə etmələri bir daha Azərbaycanı regionda öz nüfuzunu daha da artıran bir güc mərkəzinə çevirəcək. Avropa dövlətləri də təbii qazın əldə olunması üçün alternativ, ən səmərəli mənbə kimi, qaz ixrac edən Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Məhz bu baxımdan TANAP-ı uğurlu layihə hesab etmək olar. Eyni zamanda TANAP-ın istifadəyə verilməsi ilə Azərbaycan, Türkiyə, Gürcüstan əməkdaşlığının yeni bir dövrü başlayacaq. Nəhəng layihənin əhəmiyyəti ilə bağlı Prezident İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Enerji təhlükəsizliyi, əslində, hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. TANAP XXI əsrin layihəsidir. “Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır”.
Ölkə başçısı onu da qeyd edib ki, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi: “Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.

Qeyd edək ki, TANAP-la bağlı Türkiyə mediasında ardıcıl məqalələrin dərc edilməsi də həmin ölkənin bu nəhəng layihəyə verdiyi önəmin nəticədir. Dünən də TANAP-ın açılış mərasiminə qədər Türkiyə saytları çox saylı yazılar dərc etmişdilər.
“Akşam.com.tr”: “TANAP bu gün açılacaq” başlıqlı yazı dərc edilib. Burada qeyd edilir ki, Türkiyə bu gün açılacaq TANAP-la Şərqlə Qərb arasında Azərbaycanla birlikdə enerji körpüsü quraraq, enerjidə yeni uğura imza atacaq: “Türkiyənin bu günə qədər ən böyük və uzun boru xətti layihəsi olan TANAP həm Türkiyəni, həm də Avropanı təmin edəcək. Layihədə hissə sahibi olan Türkiyə, beləliklə, enerjidə tranzit ölkə olmaq əvəzinə, mərkəz ölkə rolunu gücləndirərkən, Azərbaycan qazı ilə enerji təhlükəsizliyini təmin edəcək”.

“Gzt.com”: “Avropanın ən böyük enerji layihəsi TANAP açılır” başlıqlı yazıda isə göstərilir ki, Trans Anadolu Təbii qaz Xətti (TANAP) layihəsi dünyada enerji sahəsində həyata keçirilən ən böyük təbii qaz layihələrindən biridir. Eyni zamanda bölgənin enerji siyasətinə də istiqamətləndirəcək strateji bir layihədir. Başa çatan hissəsinin açılış mərasimi Eskişehirde olan layihə 1850 kilometr təşkil edir ki, onun 1340 kilometrlik hissəsi fəaliyyətə başlayır. Layihə Türkiyənin və Avropanın ən böyük təbii qaz boru xətti layihəsidir. Türkiyə-Gürcüstan sərhədində Ərdahanın Posof qəsəbəsindəki Türkgözü kəndindən başlayan layihə 20 vilayət və 67 qəsəbədən keçir. Ədirnənin İpsala qəsəbəsində sona çatacaq təbii qaz buradan Avropa ölkələrinə çatdırılacaq. Layihədə 13 min nəfər çalışıb, inşasında istifadə edilən boruların 80 faizi Türkiyədə 6 fərqli firma tərəfindən istehsal edilib. Boru xəttində ilk qaz testi 23 fevral 2018-ci ildə reallaşıb ki, layihə Türkiyənin enerji təhlükəsizliyinə önəmli təsir göstərəcək. Azərbaycan və Gürcüstan bölgədəki işbirliyini daha da irəli aparmaq üçün lazımi cəhdlər göstərir. Beləliklə, TANAP Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və təbii qaz boru xətləri ilə Bakı-Tbilisi-Qars dəmir yolunu təqib edən və Cənub Qaz Dəhlizinin bel sütununu təşkil edən bu cəhdlərin konkret misallarından biri oldu.

“Haberler.com” saytında “Şərqlə Qərb arasında enerji körpüsü quracaq Əsrin layihəsi TANAP bu gün açılır” başlıqlı yazıda qeyd edilir ki, Türkiyə bu gün açılan TANAP-la Şərqlə Qərb arasında Azərbaycanla birlikdə enerji körpüsü quracaq. Nəhəng layihə hissə sahibi Türkiyəni daha da gücləndirəcək.

“Eborsahaber.com” da “TANAP-la ilk qaz bu gün Türkiyəyə gəlir” başlıqlı yazı dərc edilib. TANAP-ın əhəmiyyətindən bəhs edən yazıda enerji iqtisadiyyatı üzrə ekspert, Türkiyənin Boğaziçi Universiteti Enerji Politikaları Araşdırma Mərkəzinin prezidenti, professor Gürkan Kumbaroğlunun fikirləri də yer alıb: “ TANAP Türkiyənin üstün geostrateji mövqeyinin qiymətləndirildiyi əhəmiyyətli layihələrdən biridir”. TANAP-ı yalnız Türkiyə və ya Azərbaycan üzərindən qiymətləndirmənin son dərəcə dar yanaşma olduğunu deyən G.Kumbaroğlu bildirib ki, bu layihə, eyni zamanda Türkiyənin Xəzər qazını əldə etməsidir. Hətta Türkiyə üzərindən də Avropa Birliyinin Xəzər qazını əldə etməsi deməkdir: “TANAP, istər ölkəmiz üçün, istərsə də AB ölkələri üçün təbii qaz təchizatında qaynaq müxtəlifliyinə, enerji təhlükəsizliyinə və rəqabətli bazar meydana gəlməsinə şərait yaradacaq. Bu layihə Türkiyənin təbii qaz təchizatında Azərbaycanı ikinci sıraya yüksəldərək tarazlıqları yenidən formalaşdıracaq". G. Kumbaroğlu bu layihənin tamamlanması ilə bağlı bildirib ki, TANAP, eyni zamanda yeni layihələrə də yol açır.
Bundan başqa, TANAP-ın açılışı ilə bağlı “Star.com.tr”: “TANAP-ın açılışı bu gün olacaq”, “Ntv.com.tr”: “Azərbaycan qazını Türkiyədən Avropaya daşıyacaq TANAP açılır”, “Trthaber.com”: “Türkiyə və Avropanın ən böyük enerji layihəsi TANAP açılır”, “Haberdetayları.com”: “Əsrin layihəsi TANAP bu gün açılır” kimi yazılar dərc edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Qış turizmi: öncədən sifarişlə “Şahdağ”a xeyli turist cəlb edə bilərik
13.12.2018
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib
13.12.2018
Prezident Rusiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.12.2018
Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu ilə təbəqə dəmirlərin yük vaqonları ilə nəqlinə başlanılıb
13.12.2018
Neftçala–Xol Qaraqaşlı yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info