Neftçalada 8109 hektar sahədə yazlıq əkin aparılıb
Tarix: 13.06.2018 | Saat: 05:45:00 | E-mail | Çapa göndər


Cari təsərrüfat ilində neftçalalı fermerlər 8109 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Bunun 700 hektarı pambıq, 121 hektarı kartof, 168 hektarı tərəvəz, 275 hektarı bostan, 489 hektarı yem bitkisi (yonca), 55 hektarı isə dənli bitkilər olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sahibkarlar artıq erkən əkilmiş sahələrin məhsulunu toplamağa başlayıblar. Indiyədək 121 hektar kartof sahəsinin 54 hektarından 336 ton kartof, 54 hektar tərəvəz sahəsindən 92 ton tərəvəz yığılıb və 36 min 499 ton yem tədarük olunub. Kartof sahələrinin məhsuldarlığı orta hesabla 117 setnerə çatır.
Məhsul istehsalçıları həmçinin ötən ilin payızında əkdikləri taxıl sahələrinin də məhsulunu toplayırlar. Fermerlər bu günə kimi 51 min 250 hektar taxıl sahəsinin 30871 hektarında biçini başa çatdırıblar. Biçin aparılmış sahələrdən 61 min 76 ton məhsul götürülüb. Sahələrin məhsuldarlığı orta hesabla 20 sentner olur. Rayonda təsərrüfatların ayrı-ayrı sahələrində məhsul yığımı davam edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info