Bu il ərzində 920 mindən çox suriyalı qaçqına çevrilib
Tarix: 13.06.2018 | Saat: 13:09:00 | E-mail | Çapa göndər


BMT-nin məlumatına əsasən, bu ilin ilk dörd ayı ərzində Suriyadakı vətəndaş müharibəsi nəticəsində 920 mindən çox suriyalı qaçqına çevrilib. Bu, münaqişənin başladığı 2011-ci ildən bəri dörd aylıq qısa müddət ərzində qeydə alınmış ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, Cenevrədə mətbuata açıqlama verən BMT-nin yardım üzrə koordinatoru Panos Moumtzis Suriya münaqişəsi nəticəsində qaçqın düşən şəxslərin sayının 6,2 milyon nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, Suriya qaçqınlarının 5,6 milyon nəfəri ölkə hüdudlarından kənara pənah aparıb.
Aktual vəziyyətin „yüksək partlayış“ həddinə çatdığını qeyd edən koordinator hökumət qüvvələrinin qiyamçıların əlində olan İdlib əyalətinə hücumları gücləndirəcəyi təqdirdə, həmin regiondan təxminən 2,5 milyon nəfərin Türkiyə sərhədləri istiqamətində qovula biləcəyinə dair xəbərdarlıq edib. BMT eksperti bu ilin aprel ayında Şərqi Quta bölgəsində mülki əhalinin başına gələn təhlükələrin digər regionlarda da təkrarlanmasından ehtiyat etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info