Diaspor təşkilatı Ramazan ayı münasibətilə tədbir keçirib
Tarix: 13.06.2018 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib. Tədbirdə MƏR- dəki səfirliyin nümayəndələri, Misirdə yaşayan azərbaycanlı ailələr və təhsil alan tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov qarşıdan gələn Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edərək, 23 il ərzində Misirdə yaşadığı müddətdə Azərbaycanı tanıtdırmaq məqsədilə apardığı elmi araşdırmalar və təbliğatlar haqqında geniş danışıb. Xüsusilə də diaspor sədri seçiləndən sonra son il ərzində birlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliğatı məqsədilə Misir universitetlərində, televiziya,radio və qəzetlər vasitəsilə görülən işlərdən söhbət açıb. Tədbirdə iştirak edən Azərbaycanın MƏR-dəki səfirliyin 3-cü katibi Dr. Emil Rəhimov çıxışında qarşıdan gələn Ramazan bayramı münasibətilə tədbir iştirakçıları təbrik edərək hər zaman cənab səfir Tural Rzayevin, Misirdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi nümunəvi bir təşkilat olduğunu qeyd edərək onun son ildə gördüyü fəaliyyətlərindən söhbət açıb. Xüsusilə də Misirin mötəbər universitetlərində 600 dən çox tələbəyə Azərbaycan dilinin tədrisi ilə yanaşı, Azərbaycan həqiqətlərini təbliğ etməsi və diaspor mərkəzində Azərbaycan və ərəb dilləri, xəttatlıq və dekorasiya fənnləri başda olmaqla dünyanın müxtəlif ölkələrindən gələn 130-dan çox tələbənin təmənnasız tədris olunması təqdirtə layiq olduğunu qeyd edib. Bu fəaliyətlər ölkəmizi tanıtdırmaqda mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda birliyin sədr müavini Ceyhun Xəlilov belə tədbirlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu tədbirlərin mütəmadi şəkildə keçirilməsi Azərbaycanlılar arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.Tədbirin sonunda , iftar süfrəsindən sonra uşaqlara hədiyyələr də təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
Astara şəhərində əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır
15.10.2018
Muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb
13.10.2018
Badambarda baş verən sürüşmə ilə əlaqədar Qərargah yaradılıb
12.10.2018
Samuxda keçirilən əmək yarmarkasına 241 iş yeri çıxarılıb
11.10.2018
125 əlill və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya vasitələri ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info