İsa Həbibbəyli: “Dünya kitabxanalarındakı Azərbaycan əlyazmalarının araşdırılması mühüm məsələdir”
Tarix: 13.06.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, üçüncü dəfədir keçirilən konfrans dünya kitabxanalarında saxlanılan əlyazmalarla tanışlığa imkan yaradır. Bu əlyazmaların araşdırılması çox mühüm məsələdir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın məram və məqsədi barədə məlumat verib.
Sonra institut direktorunun müavinləri, filologiya elmləri doktorları, professorlar Aybəniz Əliyeva -Kəngərlinin “Cümhuriyyət dövrünün ədəbi konsepsiyasi (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Paşa Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, həmçinin filologiya elmləri doktoru Nailə Səmədovanın “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Müasir Azərbaycan Respublikasi Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzularında məruzələri dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi
02.06.2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılır
02.06.2020
AMEA işçiləri üçün “günaşırı” iş sisteminin tətbiqinə başlanılıb
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info