Salyanda Kür çayı üzərində salınmış körpüdə əsaslı təmir işləri aparılır
Tarix: 13.06.2018 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Ələt-Astara magistral avtomobil yolunun Salyandan keçən hissəsində Kür çayı üzərindəki körpüdə əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti ilə aparılır.
Körpü 25 il bundan əvvəl tikilib istifadəyə verilib və bu ilin iyun ayının 1-dən əsaslı təmirə dayandırılıb. Süni qurğular üzrə sahə rəisi Sərdar Eyvazov bildirib ki, körpü təmirə dayandığından nəqliyyat vasitələri Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edirlər. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır. Körpüdə əsaslı təmir işləri aparmaq üçün əraziyə lazımi qədər texnika və canlı işçi qüvvəsi cəlb olunub. Hazırda körpünün üzərindəki köhnə asfalt qatı texnikalar vasitəsilə çıxarılır, digər tərəfdə isə alt hissədə dayaqların hazırlanması üçün qaynaq işləri görülür və dayaqlar quraşdırılır. Həmin dayaqlar quraşdırılıb başa çatdıqdan sonra körpünün tirləri qaldırılacaq və gücləndirmə işləri aparılacaq. Körpüdə, həmçinin gərginliyi təmin etmək üçün troslar da quraşdırılacaq. Bu işlər başa çatdırıldıqdan sonra körpünün üst qatına asfalt örtüyü vurulacaq, ətraf ərazilər abadlaşdırılacaq, yaşıllıqlar salınacaq.
Təmir işlərinin bu ilin sonuna başa çatdırılması nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Masallıda Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib
07.12.2018
Şəkinin daha bir kəndinə təbii qaz verilib
07.12.2018
Ali təhsil ocağında kitab təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info