“Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq”
Tarix: 13.06.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycan Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.
 
Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud qərb və şərq sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynayan Azərbaycanın tarix boyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin Azərbaycan mədəniyyətində də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib: “Uzun əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif xalqların, etnos, konfessiya və dini icmaların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarix boyu dövlət səviyyəsində qorunur, tarixi abidələr, məscid, kilsə və sinaqoqlar yenidən bərpa edilir. Belə icmalardan biri də Dağ Yəhudiləri Dini İcmasıdır”.
 
Milix Yevdayev bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib.
“Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladıtək yaşatsın”, deyə icma rəhbəri bildirib.
 
Afaq Məsud, həmçinin Mərkəzin, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi beynəlxalq nəşr layihələrindən söz açaraq, müxtəlif illərdə tanınmış İsrail yazıçılarının Azərbaycan dilinə tərcümə və nəşr edilmiş əsərlərindən danışıb.
 
Sonda Mərkəzin nəşrlərindən olan – dünya şöhrətli yəhudi əsilli yazıçı Şolom Aleyxemin “Seçilmiş əsərləri” və qədim sufilərin fəlsəfi-dini traktatlarının toplandığı “Xilas yolunun yolçuları” kitabları qonağa təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info