Süni intellekt divar içərisindən insanları müəyyənləşdirəcək
Tarix: 13.06.2018 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Massaçusets Texnologiya İnstitutunun alimlər qrupu divar içərisindən insanların hərəkətini izləyən “RF-Pose” adlı simsiz qurğu ixtira edib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, əvvəlcə mühəndislər iki cihazın – simsiz radioqurğu və kamera məlumatlarını toplayıblar. Onların hər ikisi insanların yerimə, söhbət, lifti gözləmə və qapıları açma kimi hərəkətlərini izləyib. Sonra kamera təsvirləri vasitəsilə cihazlar hər bir fərd üçün nazik skelet modeli qurublar. Bu model süni intellekt tərəfindən radiosiqnal ilə birlikdə nümayiş olunub. Bu şəkildə alqoritm radioötürücü siqnalları və yaradılan skeletlər arasında əlaqəni tanımağı öyrənib.
Əvvəlki sistemlər ya bir sonluğu izləyib və ya statik pozanı göstərib. Mütəxəssislərin fikrincə, hərəkətli model əksər sahələrdə, məsələn, tibdə faydalı ola bilər. Sistem evdə Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrin hərəkətini izləyərək onun inkişafını müəyyənləşdirəcək.
Mütəxəssislərin sözlərinə görə, texnologiya xəstəni 100 nəfər arasında 83 faiz dəqiqliklə müəyyənləşdirib. Bu xüsusiyyət xüsusilə axtarış-xilasetmə əməliyyatlarında gərəkli olacaq.
Qurğunun müasir versiyası ikiölçülü olsa da, hazırda mühəndislər kiçik hərəkətləri, məsələn, əllərin titrəməsini göstərən üçölçülü üzərində çalışırlar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9452

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info